Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq. Zati-alinizə möhkəm cansağlığı, rifah və xoşbəxtlik diləyirik.

Fürsətdən istifadə edərək, yarandığı gündən etibarən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sizin sayənizdə cəmi altı il ərzində dünyada tanınmış təşkilatlardan birinə çevrilib. Biz qəti əminik ki, Sizin dəstəyinizlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daha da inkişaf edəcək və Azərbaycanın milli qürur mənbəyi kimi, eləcə də sülhün, dözümlülüyün, dialoqun və qarşılıqlı anlaşmanın təşviqi üçün bir platforma olaraq fəaliyyət göstərəcəkdir.

Cənab Prezident, xahiş edirik Sizə olan yüksək ehtiramımızı qəbul edəsiniz. Sizinlə VII Qlobal Bakı Forumunda görüşümüzü səbirsizliklə gözləyirik.

Səmimiyyətlə,

 

Vayra Vike-FREYBERQA,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,

1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti

 

İsmail SERAGELDİN,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,

1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti

 

Marianna VARDİNOYANNİS,

ELPİDA Assosiasiyasının prezidenti,

UNESCO-nun xoşməramlı səfiri

 

Əmr MUSA,

2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının baş katibi

 

Boris TADİÇ,

2004-2012-ci illərdə Serbiyanın Prezidenti

 

Petar STOYANOV,

1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti

 

Zlatko LAQUMDZİYA,

2001-2002-ci illərdə Bosniya Herseqovinanın Baş naziri

 

İvo YOSİPOVİÇ,

2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti

 

Rosen PLEVNELİYEV,

2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti

 

Katerina YUŞŞENKO,

2005-2010-cu illərdə Ukraynanın birinci xanımı

 

Jan BADERŞNEYDER,

2000-2013-cü illərdə "Exxon Mobil” şirkətinin vitse-prezidenti

 

Eka TKEŞELAŞVİLİ,

2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini

 

Noelen HEYZER,

2007-2015-ci illərdə BMT baş katibinin müavini

 

Azərbaycan.- 2018.- 21 dekabr.- S.1.