Azərbaycan Respublikasının “Diplomatik xidmətə verilən töhfəyə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Azərbaycan Respublikasının orden medallarının təsis edilməsi haqqındaAzərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, ¹ 23, maddə 996; 1993, ¹ 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 5, maddə 251; 2003, ¹ 12, I kitab, maddə 677; 2005, ¹ 4, maddə 291; 2006, ¹ 10, maddə 846; 2007, ¹ 3, maddə 213; 2008, ¹ 6, maddələr 452, 472; 2009, ¹ 1, maddə 4, ¹ 5, maddə 312, ¹ 7, maddələr 514, 515, ¹ 12, maddə 974; 2010, ¹ 3, maddə 174, ¹ 11, maddə 960; 2011, ¹ 11, maddə 992; 2012, ¹ 7, maddə 664, ¹ 11, maddələr 1036, 1048, 1061; 2013, ¹ 5, maddələr 460, 478, ¹ 10, maddə 1143, ¹ 12, maddə 1477; 2014, ¹ 6, maddələr 612, 623; 2015, ¹ 12, maddə 1447; 2016, ¹ 12, maddələr 1979, 2040; 2017, ¹ 1, maddələr 16, 27, ¹ 7, maddə 1311; ¹ 10, maddə 1771; ¹ 11, maddə 1962; ¹ 12, I kitab, maddələr 2242, 2269; 2018, ¹ 2, maddə 168, ¹ 3, maddə 387, ¹ 5, maddələr 841, 859, 874, ¹ 6, maddə 1190) 2-ci maddəsində "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:

"Diplomatik xidmətə verilən töhfəyə görəmedalı;”.

Maddə 2. "Diplomatik xidmətə verilən töhfəyə görəAzərbaycan Respublikasının medalı haqqında Əsasnamətəsdiq edilsin (əlavə olunur).

Maddə 3. "Diplomatik xidmətə verilən töhfəyə görəAzərbaycan Respublikası medalının təsviritəsdiq edilsin (əlavə olunur).

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 21 dekabr.- S.2.