Diplomatik xidmətə verilən töhfəyə görəAzərbaycan Respublikasının medalı haqqında Əsasnamə

 

Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

 

 

Maddə 1. Təltif edilən şəxslər

1.0. "Diplomatik xidmətə verilən töhfəyə görəAzərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər:

1.0.1. diplomatik xidmət sahəsində səmərəli fəaliyyətə görə;

1.0.2. beynəlxalq əməkdaşlıq sahəsində əlaqələrin inkişafında möhkəmləndirilməsində göstərilən xidmətlərə görə;

1.0.3. sülhün xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinin təşviqinə görə;

1.0.4. Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsinə verilən əhəmiyyətli töhfəyə görə;

1.0.5. Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli çoxtərəfli əlaqələrinin inkişafında göstərilən xidmətlərə görə;

1.0.6. Azərbaycan dilinin mədəniyyətinin təbliğinə görə;

1.0.7. xaricdə yaşayan azərbaycanlılara dəstək məqsədilə həyata keçirilmiş layihələrə görə.

Maddə 2. Təltif edən orqan

"Diplomatik xidmətə verilən töhfəyə görəAzərbaycan Respublikasının medalı ilə bu əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

"Diplomatik xidmətə verilən töhfəyə görəAzərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden medalları olduqda, onlardan sonra taxılır.

 

Azərbaycan.- 2018.- 21 dekabr.- S.2.