Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının Vergilər Nazirliyi
haqqında Əsasnamə”də və 2009-cu il
9 fevral tarixli 48
nömrəli Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq
"Azərbaycan Respublikasının
Vergi Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 29 mart tarixli
454 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001, ¹ 3, maddə 162; 2005, ¹ 9, maddə 797; 2006, ¹ 5, maddə
400; 2007, ¹ 4, maddə 323, ¹ 12, maddə 1246; 2008, ¹ 11, maddə
972; 2009, ¹ 10, maddə 780, ¹ 12, maddə 983; 2011, ¹ 2, maddə
85; 2013, ¹ 2, maddə 111, ¹ 7, maddə 806; 2016, ¹ 6, maddə
1038; 2017, ¹ 2, maddə 183, ¹ 5, maddə 842, ¹ 10, maddə
1783) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Vergilər
Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı
məzmunda 11.23-2 - 11.23-4-cü bəndlər əlavə
edilsin:
11.23-2. Azərbaycan
Respublikasının Vergi
Məcəlləsinə uyğun
olaraq, aksiz markalarının hazırlanmasını,
onların satışını
və uçotunu təşkil etmək, habelə istehsalçıların
və idxalçıların
aksiz markaları ilə təchiz olunmasını təmin etmək;
11.23-3. Azərbaycan
Respublikasının Vergi
Məcəlləsinə uyğun
olaraq, məcburi nişanlamanın hazırlanmasını,
onların vergiödəyicilərinə
verilməsini və uçotunu təşkil etmək, habelə istehsalçıların və
idxalçıların məcburi
nişanlama ilə təchiz olunmasını təmin etmək;
11.23-4. Azərbaycan
Respublikasının "Dini
etiqad azadlığı
haqqında” və
"Dərman vasitələri
haqqında” qanunlarına
uyğun olaraq nəzarət markalarının
hazırlanmasını təmin
etmək;”.
2. Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2009, ¹ 2, maddə
61, ¹ 7, maddə 533, ¹ 10, maddə
780, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddələr 77, 80; 2011, ¹ 2, maddə
85; 2015, ¹ 2, maddə 108, ¹ 9, maddə 988; 2016, ¹ 9, maddə
1479; 2017, ¹ 5, maddə 771, ¹ 6, maddə 1081; 2018, ¹ 1, maddə
47, ¹ 3, maddə 450, ¹ 5, maddə
912; Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 10
dekabr tarixli 399 nömrəli Fərmanı)
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi haqqında Əsasnamə”nin 8.19-cu və
8.19-1-ci bəndləri ləğv
edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
3.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
3.4. bu
fərmandan irəli gələn digər məsələləri həll
etsin.
4. Aksiz markalarının hazırlanmasını,
satışını və
uçotunun aparılmasını
Azərbaycan Respublikası
Vergilər Nazirliyinin təşkil etməsinə
dair tənzimləmə
qüvvəyə minənədək
həmin vəzifələrin
həyata keçirilməsi
bu fərman qüvvəyə mindiyi günədək mövcud
olan normativ hüquqi aktların tələblərinə uyğun
olaraq həyata keçirilsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr
2018-ci il
Azərbaycan.-
2018.- 21 dekabr.- S.2.