Prezident qayğısının bariz təcəssümü
Əhalinin rifah halının daha da yüksəldilməsi
İlham Əliyevin sosial siyasətinin prioritetidir
Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını yaxşılaşdırmaqdır.
İnkişaf etmiş, yaxud inkişaf etməkdə olan ölkələr xalqlarının sosial rifahı yüksək olan dövlət qurmağı hədəf kimi qarşılarına məqsəd qoymuş, bunu öz konstitusiyalarında, qanunlarında təsbit etmişlər.
Azərbaycanda da dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi müəyyənləşdirir və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.
Vətəndaşının maraqlarını hər
şeydən üstün tutan dövlət
Bu gün əhalisinin sosial müdafiəsinin təmin edilməsi Azərbaycan dövlətinin qarşısında duran strateji vəzifələrdən biridir. Yəni sosial siyasət dövlət siyasətinin prioritetidir.
Bunu dəyərləndirərkən Prezident İlham Əliyev qeyd edib ki, sosial siyasət həmişə prioritet olub və bundan sonra da olacaq. Bütün atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir: "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi insanların daha da yaxşı yaşamaları məqsədi daşıyır”.
Azərbaycanın sosial dövlət quruculuğu sahəsində əldə etdiyi zəngin təcrübə analoji inkişaf yoluna yeni qədəm qoymuş digər ölkələr üçün model rolunu oynaya bilər. Bu modelin unikallığı məhz ondan ibarətdir ki, yeni mülkiyyət formalarının yaranmasına, sahibkarlığın daha sürətli inkişafına yönəlmiş kompleks tədbirlər sistemi əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarını inkar etmir. Aztəminatlı təbəqənin mənafeyi mütləq nəzərə alınır və ölkəmizdə bazar iqtisadiyyatının inkişafı üçün atılan hər bir addım bu təbəqənin maraqları ilə uzlaşdırılmaqla həyata keçirilir.
Dövlətin
sosial qayğısı real statistik göstəricilərdə
Azərbaycan dövlətinin
sosial qayğısı cəmiyyətin bütün təbəqələrini
əhatə edir. Vətəndaşın maraqları, onun
rifahı daim diqqət mərkəzində saxlanılır.
Bunu statistik göstəricilərə nəzər
yetirdikdə aydın şəkildə görə bilərik.
Son 15 ildə -
- Maaşlar təxminən 7 dəfə,
pensiyalar 10 dəfədən çox artıb;
- yoxsulluq 50 faizdən
5,4 faizə düşüb;
- 3100-dən çox məktəb
tikilib və təmir edilib;
- 640-dan çox xəstəxana
tikilib və ya yenidən qurulub;
- 290 minədək məcburi
köçkün yeni evlərlə, mənzillərlə təmin
edilib;
- Qarabağ müharibəsi əlillərinə
6144 avtomobil verilib;
- 1279 hərbçi ailəsinə
dövlət tərəfindən mənzillər tikilib;
- ölkədə
1,5 milyona yaxın yeni iş yeri açılıb.
Bu il
5800 məcburi köçkün, 626 şəhid ailəsi yeni
evlərlə təmin edilib
Dövlət aztəminatlı
ailələrin, şəhid ailələrinin, Qarabağ əlillərinin,
məcburi köçkünlərin mənzil-məişət
problemlərinin həlli üçün ardıcıl tədbirlər
görür və bu sahədə neqativ halların tam aradan
qaldırılması istiqamətində ciddi addımlar
atır.
Ötən il 12 min,
bu il isə 20 min məcburi köçkün (5800 ailə)
yeni evlərlə təmin edilib. 2017-ci ildə
Azərbaycan Respublikasının ərazi
bütövlüyünün, müstəqilliyinin və
konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil
və şəhid ailələrindən olan 315 nəfər mənzil
və fərdi evlə təmin ediliblər.
Prezident İlham Əliyevin 2 avqust
2018-ci il tarixli sərəncamı ilə
Qarabağ müharibəsi əlilləri və şəhid
ailələri üçün bu il əlavə olaraq minimum
300 mənzilin alınması üçün 20 milyon manat vəsait
ayrılıb. Bu da cari ildə Qarabağ müharibəsi əlillərinə
və şəhid ailələrinə verilməsi nəzərdə
tutulan mənzillərin sayının 2,4 dəfə
artırılmasına imkan yaradıb.
Bu il 626 şəhid
ailəsinə, Qarabağ müharibəsi əlillərinə
dövlət tərəfindən mənzillər verilib və
gələn il ən azı 800 mənzil veriləcək.
2018-ci ildə
Qarabağ müharibəsi əlillərinə 265 avtomobil
verilib
Bundan başqa Qarabağ
müharibəsi əlilləri dövlət tərəfindən
minik avtomobilləri ilə təmin olunurlar. Bu il 265
nəfər əlilə avtomobil verilib. Ötən il əlilliyi
olan şəxslərə 33 min ədəd protez-ortopedik məmulat
və reabilitasiya vasitəsi, tibbi göstərişi olan əlillərə
1193 ədəd əlil arabası verilib, 39,8 min nəfərə
bərpa xidməti göstərilib.
Prezident təqaüdü ilə
yanaşı, müharibə əlillərinin böyük əksəriyyəti
əlilliyə görə əmək pensiyası, qalan bir
qismi isə əlilliyə görə müavinət alır. Eyni zamanda
müharibə əlillərinin uşaqlarına aylıq sosial
müavinət verilir.
Həm şəhid ailələrinin,
həm də Qarabağ müharibəsi əlillərinin
uşaqlarının dövlət ali və
orta ixtisas təhsili müəssisələrində ödənişli
təhsil haqları dövlət büdcəsi hesabına
ödənilir. Şəhid ailələrinə
ayda 242 manat Prezident təqaüdü verilir. Əmək pensiyası almaq hüququ olmayan şəhid
ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər
xidmətlər üçün aylıq sosial müavinət
verilir.
Milli Qəhrəmanlara (və
ya həlak olanların ailələrinə) aylıq 1500 manat
Prezident təqaüdü ödənilir. Milli qəhrəmanların
ailə üzvlərinin əmək pensiyasına hər ay 110
manat əlavə edilir.
"Məzun
evi”ndə 209 nəfər kimsəsiz uşaq yerləşdirilib
Birinci vitse-prezident Mehriban
Əliyevanın təşəbbüsü ilə
yaradılmış dövlət uşaq müəssisələrinin
valideyn himayəsindən məhrum olmuş məzunları
üçün "Məzun evi” sosial müəssisəsinə
bu kateqoriyadan olan 209 nəfər yerləşdirilib və onlar
üçün həmin müəssisədə xalça və
tikiş sexləri yaradılaraq iş yerləri
açılıb.
1080 nəfərə tam dövlət
təminatında olmaqla sosial müəssisələrdə, 11
min nəfərə isə evlərində sosial xidmət
göstərilib, 7 min 700 nəfər əlilliyi olan şəxs
sanatoriya-kurort müalicəsinə və istirahət mərkəzlərinə
göndərilib. 29 qeyri-hökumət təşkilatı ilə
birlikdə icra edilən 61 layihə üzrə 4100 nəfər
çətin həyat şəraitində olan uşaq sosial
müdafiə tədbirlərinə cəlb olunub.
Prezident İlham Əliyevin rəhbərliyi
ilə son 15 ildə əhalinin sosial rifahının yüksəldilməsi
və sosial infrastrukturun ən müasir standartlara uyğun
yenidən qurulması istiqamətində məqsədyönlü
siyasət həyata keçirilib və mühüm uğurlar əldə
olunub. Sosial məsələlərin həlli ilə
bağlı ölkədə çoxsaylı dövlət
proqramları, böyük layihələr həyata
keçirilib. Regionların sosial-iqtisadi
inkişafına dair üç dövlət proqramı, həmin
sənədlərə çoxsaylı əlavələr qəbul
olunub və icra edilib.
Əlbəttə ki, bu siyasətin
əsas mahiyyəti yoxsulluğu aradan qaldırmaq, aztəminatlı
əhali qruplarının dayanıqlı təminat sistemini
yaratmaq, bununla da ölkə əhalisinin həyat şəraitinin
uzunmüddətli yaxşılaşdılırmasına nail
olmaqdır. Son 15 ildə maaşların, pensiyaların, təqaüdlərin,
sosial müavinətlərin dəfələrlə artması,
işsizlik probleminin getdikcə aradan qaldırılması
bunları bir daha təsdiqləyir. Onu da əlavə
edək ki, hazırda Azərbaycanda işsizlik 5 faizdir.
Dövlət
başçısının növbəti humanist təşəbbüsü
Son günlər geniş
müzakirə mövzusuna çevrilən şəhid hərbi
qulluqçuların vərəsələrinə 11 min manat məbləğində
birdəfəlik ödəmələrin verilməsi dövlət
başçısının növbəti humanist təşəbbüsü
kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin "Azərbaycan
Respublikasının ərazi bütövlüyü uğrunda
həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla
əlaqədar xəbərsiz itkin düşdüyünə
görə ölmüş elan edilmiş hərbi
qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin
yaxşılaşdırılması ilə bağlı əlavə
tədbirlər haqqında” 2018-ci il 19 aprel tarixli 1 nömrəli
fərmanına əsasən qeyd olunan şəhid hərbi
qulluqçuların vərəsələrinə 11 min manat məbləğində
birdəfəlik ödəmələrin verilməsi nəzərdə
tutulub.
2897 şəhid üzrə
3856 vərəsəyə birdəfəlik ödəmə
verilməsi barədə qərar qəbul edilib. Birdəfəlik ödəmənin
verilməsindən ötrü 2018-ci il
üçün 58 milyon, 2019-cu il üçün 50 milyon
manat ayrılıb. Ümumiyyətlə, 10 minə
yaxın şəhid ailəsinə dövlət tərəfindən
11 min manat vəsait verilməsi nəzərdə tutulub.
Artıq Milli Məclisdə
təsdiq olunan 2019-cu ilin dövlət büdcəsi müasir
makroiqtisadi şəraitin yaratdığı yeni iqtisadi təlatümləri
və reallıqları, habelə ölkəmizin üzləşdiyi
strateji çağırışları nəzərə
alır, Prezident İlham Əliyevin ənənəvi olaraq
sosialyönümlü siyasətinin davam etdirilməsi
üçün müvafiq maliyyə təminatını
yaradır. Gələn ilin büdcəsinin başlıca istiqamətləri
isə ölkə iqtisadiyyatının inkişaf tempinin
qorunub saxlanmasını, sosial-iqtisadi islahatların daha dinamik
şəkildə davam etdirilməsini, əhalinin maddi
rifahının təmin olunmasını və sosial şəraitinin
yaxşılaşmasını və digər tədbirləri
özündə əks etdirir.
5 milyon manat bayram
hədiyyəsi
Dövlət
başçısının son sərəncamı da bir daha
təsdiqlədi ki, cənab İlham Əliyev hər zaman
xalqının sosial rifah halının
yaxşılaşdırılmasını daim diqqət mərkəzində
saxlayır.
Bu ay ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə
100 manat məbləğində birdəfəlik yardım
ödənilməsi bunun bariz nümunəsidir.
Qeyd edək ki, birdəfəlik
yardımın maliyyələşdirilməsi
üçün 2018-ci il dövlət
büdcəsində ünvanlı dövlət sosial
yardımı və sosial müavinətlər
üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş
qalıq hissəsindən 5 milyon manat vəsait ayrılıb.
Əhalinin aztəminatlı
hissəsi dövlətin sosial siyasətində həmişə
diqqət mərkəzində olub. Hələ 2003-cü
ilin fevralında yoxsulluğun azaldılması haqqında ilk
dövlət proqramı təsdiqlənib, 2008-ci ildə
növbəti belə proqram qəbul edilib.
2017-ci ildən etibarən aztəminatlı
ailələrə aktivlər verilməsi onların məşğulluğunun
təmin edilməsi istiqamətində mühüm addım
olub. 2018-ci ildə 7 min belə ailənin məşğulluq
proqramına cəlbi nəzərdə tutulmuşdu.
Xalqa hesabat verməklə
nümunə göstərən lider
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeçiliyində yaradılmış "Ailə Biznesinə Asan Dəstək” (ABAD) mərkəzləri də dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri həyata keçirir. Bu ilin avqustunda yaradılan "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (DOST) publik hüquqi şəxsi əhalinin məşğulluğuna, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, şəffaflığın artırılmasına töhfə verir.
Göründüyü kimi, Azərbaycan Prezidentinin əsas məqsədlərindən biri əhalinin sosial rifah halını ən yüksək səviyyəyə çatdırmaq, ölkəmizi dünyanın inkişaf etmiş dövlətinə çevirmək, sosial rifah dövləti səviyyəsinə yüksəltməkdir.
Cənab İlham Əliyev həm də bütün zamanlarda xalqa xidmətlə, xalqa hesabat verməklə nümunə göstərib. Dövlət başçısının regionların sosial-iqtisadi inkişafına dair birinci dövlət proqramının icrasına həsr olunmuş 5 fevral 2014-cü il tarixli konfransda söylədiyi - "xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidir” fikirləri bir daha sözlə əməlin vəhdət təşkil etdiyini təsdiqləyən real faktdır.
Rəşad BAXŞƏLİYEV