Azərbaycan Respublikasında 2019-cu il
üçün yaşayış minimumu haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
16-cı bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. Əhalinin
əsas sosial-demoqrafik
qrupları üzrə
yaşayış minimumunun
məbləği
2019-cu il üçün yaşayış
minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün
191 manat, pensiyaçılar
üçün 149 manat,
uşaqlar üçün
160 manat məbləğində
müəyyən edilsin.
Maddə 2. Qanunun qüvvəyə minməsi
Bu qanun 2019-cu il yanvarın
1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 noyabr 2018-ci il
Azərbaycan.- 2018.- 22 dekabr.- S. 8.