Azərbaycan Respublikasında 2019-cu il
üçün ehtiyac
meyarının həddi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
16-cı bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. Ehtiyac meyarının həddi
Ünvanlı dövlət
sosial yardımının
təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq
edilsin.
Maddə 2. Qanunun qüvvəyə minməsi
Bu qanun 2019-cu il yanvarın
1-dən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 noyabr 2018-ci il
Azərbaycan.- 2018.- 22 dekabr.- S. 8.