“Azərbaycan
Respublikasında 2019-cu il üçün ehtiyac
meyarının həddi haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 30 noyabr tarixli 1353-VQ nömrəli
Qanununun tətbiqi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan
Respublikasında 2019-cu il üçün ehtiyac
meyarının həddi haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 30 noyabr tarixli 1353-VQ nömrəli
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının "Azərbaycan Respublikasında 2019-cu il
üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını üç ay
müddətində təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. həmin qanundan irəli gələn
digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların "Azərbaycan Respublikasında
2019-cu il üçün ehtiyac meyarının həddi
haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
21 dekabr 2018-ci il
Azərbaycan.-
2018.- 22 dekabr.- S. 8.