Ədalət mühakiməsinin təkmilləşməsinə böyük töhfə

 

Dekabrın 21-də Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Ədliyyə naziri Fikrət Məmmədov dövlətimizin başçısına Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi Ədliyyə Nazirliyinin həyata keçirdiyi "Mütərəqqi ədliyyə xidmətləri müasir məhkəmə infrastrukturulayihəsi çərçivəsində istifadəyə verilən tikintisi aparılan müasir məhkəmə bina kompleksləri barədə məlumat verdi.

Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Son illərdə ölkəmizdə 16 yeni müasir məhkəmə binası tikilib, beşinin inşası isə davam etdirilir. İndiyədək Prezident İlham Əliyev paytaxtın Sabunçu, Yasamal, Nərimanov, habelə Şəki, Oğuz rayon məhkəmələri binalarının açılışında iştirak edib, İmişli rayon məhkəməsində yaradılan şəraitlə tanış olub.

Dövlət büdcəsinin vəsaiti hesabına tikilən Binəqədi Rayon Məhkəməsinin yeni binasının inşası da müasir standartlara uyğun yüksək keyfiyyətlə aparılıb. BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq binada əlillərin sərbəst hərəkəti üçün bütün şərait var. Binəqədi Rayon Məhkəməsi təxminən 265 minə yaxın əhaliyə xidmət edir. Burada 80 nəfərdən çox, o cümlədən 19 hakim, 60 nəfər məhkəmə aparatı işçisi çalışacaq. Binada ümumilikdə 12 məhkəmə iclas zalı fəaliyyət göstərir. Azərbaycan Prezidentinin "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında Sərəncamının icrası çərçivəsində burada "elektron məhkəmə" "elektron icra" informasiya sistemlərinin tətbiq olunması üçün bütün zəruri infrastruktur yaradılıb bina müasir İKT avadanlığı ilə təchiz olunub. Məhkəmə zallarında proseslərin daha dəqiq sürətlə protokollaşdırılmasına xidmət edən, audio-video yazılışları aparan "Femida" sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi məhkəmə işlərinin idarəetmə sistemi üçün qurğular quraşdırılıb. Təqsirləndirilən şəxslər zalda beynəlxalq standartlara uyğun xüsusi ayrılan şüşə otaqda saxlanılır. Burada onların vəkillə birbaşa əlaqə saxlamaları üçün müvafiq qurğular var.

Binəqədi Rayon Məhkəməsi inzibati ictimai zonalara bölünür. Hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçündür. İctimai zonada vəkillər, dövlət ittihamçıları, icra məmurları Ədliyyə Nazirliyinin icra şöbəsinin əməkdaşları üçün otaqlar var. Binada hakimlər vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır onlar yalnız iclas zallarında görüşürlər. Bu isə şəffaflığın təmin edilməsində mühüm amildir. Binada vətəndaşların müraciət imkanlarının asanlaşdırılması onların məlumatlılığının təmin edilməsi məqsədilə məlumat nöqtələri, habelə müasir elektron informasiya daşıyıcıları, o cümlədən köşklər, lövhələr quraşdırılıb ki, bu da vətəndaşlara məhkəmə prosesləri onların tarixi, vaxtı, məhkəmə zalı, hakimlər digər məsələlərlə bağlı informasiyanı rahat əldə etməyə imkan yaradır. Bununla yanaşı, binada arxiv, maddi sübutların saxlanılması, vətəndaşların qəbulu, təqsirləndirilən şəxslərin vəkillə görüşü, dövlət ittihamçıları üçün otaqlar tibb məntəqəsi mövcuddur. Konfrans zalında həm beynəlxalq, həm ölkə səviyyəsində tədbirlər keçirmək mümkündür. Həmçinin hakimlərə məhkəmə işçilərinə Ədliyyə Nazirliyinin iclaslarına, müşavirə toplantılarına, eləcə Ali Məhkəmənin Plenumuna birbaşa qoşulmaq imkanı yaradılıb. Zalda tədris kurslarının keçirilməsi üçün zəruri infrastruktur var. Buradakı kitabxana məhkəmə-hüquq sahəsinə aid ədəbiyyatla, Azərbaycan həqiqətlərini əks etdirən kitablarla zəngindir.

Ədliyyə məhkəmə sahəsində tətbiq olunan innovasiyalarla tanış olan Prezident İlham Əliyevə notariat hərəkətlərinin rəsmiləşdirilməsində tətbiq olunan rəqəmsal texnologiyalar, o cümlədən notariat ofislərini vahid şəbəkədə birləşdirən "Elektron notariat" informasiya sistemi barədə məlumat verildi. Dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə qəbul edilmiş Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ərəfəsində qüvvəyə minən "Notariat haqqında" Qanuna edilən əsaslı dəyişikliklərin daha müasir texnologiyaların innovasiyaların tətbiqinə geniş imkan yaratdığı qeyd olundu.

Sonra səyyar notariat çantası, elektron ədliyyə köşkü mobil notariat qovluğu nümayiş etdirildi.

Bildirildi ki, səyyar xidmətlərə tələbatın artması ilə əlaqədar əhalinin məmnunluğunun təmin edilməsi üçün müasir avadanlıqla təchiz olunan "Elektron notariat" informasiya sisteminə birbaşa çıxışı olan xüsusi çanta hazırlanıb. Notariuslar həmin çantalarla hər hansı məkana bağlı olmadan fiziki hüquqi şəxslərə bütün növ notariat hərəkətləri üzrə səyyar xidmət göstərə bilərlər. Eyni zamanda, yeni qanuna əsasən məsafədən xidmətlərin göstərilməsini mümkün edən elektron ədliyyə köşkü yaradılıb. Belə ki, təxirə salınmadan ədliyyə xidmətlərinə ehtiyac yarandığı yerlərdə, o cümlədən sərhəddə, hava dəniz limanlarında, dəmir yolu vağzallarında quraşdırılacaq həmin köşklər notariuslarla videoəlaqə vasitəsilə notariat hərəkətinin rəsmiləşdirilməsinə sənədlərin bilavasitə yerində əldə edilməsinə şərait yaradacaq. Həftənin bütün günləri 24 saat fəaliyyət göstərən bu innovativ qurğudan istifadə edərək borca görə ölkədən çıxışına məhdudiyyət qoyulmuş şəxslər ödənişləri həyata keçirə məhdudiyyəti avtomatlaşdırılmış qaydada aradan qaldıra bilərlər. Dünya təcrübəsində rast gəlinməyən Azərbaycan məhsulu olan mobil notariat qovluğunun tətbiqi nəticəsində istənilən şəxs ətrafında olan bütün notariat ofisləri notariuslar, həmçinin notariat hərəkətlərinin rəsmiləşdirilməsi üçün ödənilməli rüsum haqqın məbləğləri, tələb olunan sənədlər notariat hərəkətinin aparılmasında iştirak etməli şəxslər barədə məlumat alacaq. Funksiyanın əsas özəlliyi isə şəxsin iştirakçısı olduğu bütün notariat hərəkətləri ilə bağlı sənədlərin vahid mənbədə - mobil telefonda saxlanılması, istənilən vaxt elektron versiyadan istifadə etməsi, eləcə sənədin qüvvədən düşməsi barədə məlumatı dərhal almasıdır.

Dövlətimizin başçısına cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il fevralın 10-da imzalanan Sərəncamın icrası üzrə görülən işlər barədə məlumat verildi, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında tətbiq olunan elektron nəzarət qurğuları, o cümlədən elektron qolbaqlar nümayiş etdirildi. Hazırda bütün ölkə üzrə 460-dan çox məhkuma elektron nəzarət olunur. Sərəncama əsasən ictimai işlərin formal icrasının qarşısının alınması, bu sahədə fəaliyyətin səmərəli təşkili ilə bağlı tədbirlər həyata keçirilir.

Son illərdə Azərbaycanda məhkəmə sistemində tətbiq edilən yeniliklər beynəlxalq aləmdə təqdir olunur. Bununla əlaqədar ötən il Azərbaycan Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" mükafatına layiq görülüb. Bu il isə Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti vəzifəsinə seçkilər keçirilib. Seçkilər quruma üzv 47 dövlətin nümayəndəsi tərəfindən gizli səsvermə yolu ilə aparılıb Avropa Şurası tarixində ilk dəfə olaraq bu vəzifəyə Azərbaycan təmsilçisi seçilib.

Qurumun yeni rəhbəri, hakim Ramin Qurbanov Prezident İlham Əliyev ilə görüşdü.

Qeyd edək ki, Avropa Şurasında belə yüksək vəzifəyə seçkilərdə nailiyyətin əldə edilməsində dövlətimizin başçısının uğurlu xarici siyasəti ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları əhəmiyyətli rol oynayıb.

 

Azərbaycan.- 2018.- 22 dekabr.- S. 1-2.