Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm.

Rusiya Federasiyası ilə Azərbaycan Respublikasını bir-birinə bağlayan mehriban qonşuluq, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə Sizin sanballı şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm. Qarşılıqlı ticari-iqtisadiinvestisiya əlaqələri durmadan inkişaf edir, energetika, sənaye, infrastruktur, elm və mədəniyyət sahələrində perspektivli birgə layihələr həyata keçirilir.

Əminəm ki, praktiki kooperasiyanın daha da genişlənməsi, qarşılıqlı faydalı yeni təşəbbüslərin inkişaf etdirilməsi hər iki ölkənin maraqlarına tamamilə uyğundur.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.

Hörmətlə,

 

Dmitri Medvedev

Rusiya Federasiyası Hökumətinin sədri

 

Azərbaycan.- 2018.- 22 dekabr.- S.3.