Azərbaycan Respublikasının PrezidentiZati-aliləricənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident.

Zati-alinizi doğum gününüz münasibətilə bütün Qafqaz dindarları adından təbrik etməkdən şərəf duyuruq. Azərbaycan xalqı və dövləti, bölgənin mənafeyi naminə fəaliyyətinizdə, həmçinin dünya miqyasında dəyər kəsb edən səy və əməllərinizdə Sizə Uca Yaradandan uğurlar diləyirik.

Zati-aliləri, Siz Azərbaycan xalqının XXI əsrdə əvəzsiz liderisiniz. Uca mənəviyyat yoluna sadiq şəxsiyyət olaraq, Siz dövlət başçısı məqamında xalqın mənafe və maraqlarını illərlə ən yüksək səviyyədə müdafiə edərək misilsiz uğurlara imza atmağa nail olmuş siyasi lidersiniz. Şükürlər olsun ki, ildən-ilə artan nüfuzunuzla bizləri daha artıq dərəcədə sevindirirsiniz. Zati-alinizin zamanın çağırışlarına, dünyamızın ehtiyac duyduğu məramlara cavab verən ideyalar irəli sürmək qüdrəti və qətiyyəti biz qafqazlılara qürur bəxş edir.

Möhtərəm cənab Prezident, elan etdiyiniz istər Multikulturalizm, istər İslam Həmrəyliyi illəri, müəllifi olduğunuz "Bakı Prosesi”, habelə xeyir-duanızla uğurla fəaliyyətə başlamış Bakı Dinlər və Sivilizasiyalararası Beynəlxalq Əməkdaşlıq Mərkəzi ümumi, bəşəri məramlara xidmət edən səyləriniz sırasında önəmli yer tutur. Fəxrlə deyə bilərik ki, Azərbaycanın dünya miqyasında mədəniyyətlər, sivilizasiyalar, dinlər arasında dialoq prosesində bugünkü uğurları, aparıcı rolu Sizin siyasi iradə və qlobal təşəbbüslərinizdən qaynaqlanır. Biz, Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri Sizin müdrik qərar və təşəbbüslərinizin işığında bu ideyaları dünyanın nüfuzlu beynəlxalq tribunalarında təşviq edərkən irəli sürdüyünüz ideyaların mənəvi əzəmətinin həm müsəlmanlar, həm də qeyri-müsəlmanlar tərəfindən böyük ehtiram və dəstəklə qarşılandığının bilavasitə şahidi olurbundan fəxarət duyuruq.

Zati-aliləri, dinimilli zəmində ekstremizmin, islamofobiya, antisemitizm, ksenofobiya təzahürlərinin tüğyan etdiyi bir vaxtda dünyanın ehtiyac duyduğu insan həmrəyliyinə aparan sülh və ədalət ideyalarının ətrafında cəm olmağa çağırmaqla, Siz dünyaya yeni siyasi mədəniyyət və uzaqgörənlik nümunəsi təqdim edirsiniz. Ümumbəşəri məramlara xidmət edən missiyanız sayəsində Azərbaycan dövləti dünyada gedən proseslərə özəl, dəyərli töhfələr verir.

Möhtərəm cənab Prezident, Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınız, milli-mədəni irsin dirçəlişinə göstərdiyiniz maddi və mənəvi yardım nəinki ölkədə, Qafqaz bölgəsində, habelə dünyanın bir çox dövlətlərində dini abidələrə - məscidlərlə yanaşı, xristian və yəhudi dini məbədlərinə qayğı və himayəniz müdrik siyasətin nümunəsi kimi beynəlxalq aləmdə yüksək dəyərləndirilir.

Zati-aliləri, Sizin Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşləriniz dəyərli ənənə şəklini almışdır. Bu görüşlərin, qardaşlıq ünsiyyətlərimizin hər biri bizim üçün unudulmaz olub, özəl dəyər kəsb edir. Zati-alinizin müdrik din-dövlət siyasəti sayəsində xalq-dövlət birliyi, mənəvi vəhdətə istinad edən multikultural Azərbaycan modeli uğurlu nümunə kimi bütün dünya, o cümlədən Qafqaz üçün təqdirəlayiqdir.

Möhtərəm cənab Prezident, biz, Qafqaz Xalqları Ali Dini Şurasında təmsil olunan müxtəlif dini konfessiyaların rəhbərləri bütün bölgə dindarlarının iradəsini ifadə edərək, Zati-alinizə doğum gününüz münasibətilə təbriklərimizi və dərin ehtiramımızı bildirir, Azərbaycan xalqının və dövlətçiliyinin tərəqqisi, bölgəmizin mənafeyi naminə gördüyünüz dəyərli işlərə Uca Yaradanımızdan rəvac diləyir, xeyir-dualarımızı bildiririk. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə ən xoş diləklərimizi qəbul edin. Uca Yaradan hər zaman yardımçınız olsun!

Qoy o bir olan Yaradan öz lütf və mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti, bütün Qafqaz üzərində bərqərar etsin!

Dərin ehtiramla,

 

Şeyxülislam Allahşükür Paşazadə,

Qafqaz Müsəlmanları İdarəsinin sədri,

Qafqaz Xalqları Ali Dini Şurasının sədri

 

Şuranın üzvləri:

 

İsmayıl Berdiyev,

Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Şurasının sədri,

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının müftisi

 

Salex Mejiyev,

Rusiya Federasiyası Çeçenistan Respublikasının müftisi

 

Əhməd Abdullayev,

Rusiya Federasiyası Dağıstan Respublikasının müftisi

 

Həzrətəli Dzasejev,

Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının müftisi

 

Hacımurad Qatsalov,

Rusiya Federasiyası Şimali Osetiya (Alaniya) Respublikasının müftisi

 

Soltanəhməd Karolayev,

Rusiya Federasiyası Kalmıkiya Respublikasının müftisi

 

Askarbiy Kardanov,

Rusiya Federasiyası Adıgey Krasnodar Respublikasının müftisi

 

 

Aleksandr,

Bakı Azərbaycan arxiyepiskopu

 

Melih Yevdayev,

Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri

 

Vladimir Fekete,

Azərbaycandakı Roma Katolik Kilsəsinin yepiskopu

 

Robert Mobili,

Azərbaycandakı Alban-udi xristian icmasının sədri

 

Azərbaycan.- 2018.-22 dekabr.- S.3.