Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi Rusiya Notariuslar Assosiasiyası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Başa çatmaqda olan il Azərbaycan xalqının çoxsaylı nailiyyətləri ilə əlamətdar olub. Prezident seçkilərində Sizin inamlı qələbəniz ölkənin iqtisadi və mədəni inkişafına, onun beynəlxalq nüfuzunun möhkəmlənməsinə yönəlmiş siyasi kursunuzun xalq tərəfindən yüksək səviyyədə dəstəklənməsini bir daha nümayiş etdirdi.

Qoy Sizin bütün işləriniz və təşəbbüsləriniz, əvvəlki kimi, həmvətənləriniz, tarixi vətənimizin hüdudlarından çox-çox uzaqlarda dostlarınız və məsləkdaşlarınız tərəfindən dəstəklənsin!

Hörmətli İlham Heydər oğlu, Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, gözəl Yeni il əhval-ruhiyyəsi arzu edirəm.

Qoy qarşıdan gələn Yeni il Sizin üçündoğma Azərbaycan üçün uğurlu, parlaq hadisələrlə, yeni xeyirxah əməllər və nailiyyətlərlə dolu olsun!

Dərin hörmətlə,

 

Natiq Ağamirov

Rusiya Notariuslar Assosiasiyasının sədri, professor

 

Azərbaycan.- 2018.- 22 dekabr.- S.3.