Yaponiyanın İmperatoru Əlahəzrət Akihitoya

 

Əlahəzrət,

Ölkənizin milli bayramı – Təvəllüd Gününüz münasibətilə SiziSizin simanızda xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından təbrik etməkdən məmnunluq duyuram.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Yaponiya xalqına daim sülhrifah arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2018-ci il.

 

Azərbaycan.- 2018.- 23 dekabr.- S.2.