Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi adından və şəxsən öz adımdan səmimi təbriklərimizi qəbul edin.

Sizin adınız Azərbaycanda, regiondabütün dünyada öz ölkəsini inkişaf və firavanlıq, vətəndaş həmrəyliyinin və əmin-amanlığın təmin edilməsi yolunda qətiyyətlə irəli aparan prinsipial, güclü və iradəli rəhbər assosiasiyası doğurur.

Sizin yüksək intellektual potensialınız, geniş təfəkkürünüz və dövlət idarəçiliyi sahəsində çoxillik təcrübəniz dinamik inkişaf edən müasir reallıq şəraitində optimal qərarlar qəbul etməyə imkan verir.

Sizin rəhbərliyinizlə həyata keçirilən strateji kurs Azərbaycanın beynəlxalq arenada nüfuzununrolunun durmadan yüksəldilməsinə yönəlib.

Ölkənin iqtisadi potensialının möhkəmlənməsi, insanların həyat keyfiyyətinin yaxşılaşdırılması Sizin Prezident vəzifəsində səmərəli işinizin dəyişməz prioritetləri olub və yenə də belədir.

Əminəm ki, Sizin qərarlar qəbul olunmasında və hər bir işdə nümayiş etdirdiyiniz siyasi iradə və müdriklik güclüinkişaf etmiş dövlət yaratmağa, Müstəqil Dövlətlər Birliyi məkanında qarşılıqlı inteqrasiyanın möhkəmlənməsinə bundan sonra da kömək edəcək.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və çoxşaxəli dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

 

Sergey Lebedev

MDB İcraiyyə Komitəsinin sədri–icraçı katib

 

Azərbaycan.- 2018.- 23 dekabr.- S.2.