Prezident İlham Əliyev
Türkiyədə "İlin dövlət
başçısı" seçilib
Prezident İlham Əliyev Türkiyədə səmimi, işgüzar, uğurlu və Türkiyə dövlətinin dostu meyarlarına görə "İlin dövlət başçısı" seçilib.
Bu barədə AZƏRTAC-a Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Bilal Dündar məlumat verib.
O bildirib ki, sözügedən seçim Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasına bağlı olan 16 bölgədə 145 vətəndaş cəmiyyəti təşkilatı tərəfindən aparılıb.
Bilal Dündar deyib ki, "İlin dövlət başçısı" mükafatı Prezident İlham Əliyevə 2019-cu ilin yanvar ayında təqdim olunacaq.
Azərbaycan.- 2018.- 25 dekabr.- S.1.