Prezidentin Mətbuat
Xidmətinin məlumatı
Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng
edib.
Rəcəb Tayyib Ərdoğan
Prezident İlham Əliyevi ad günü münasibətilə
təbrik edib, ona Azərbaycan xalqının
firavanlığı və tərəqqisi naminə prezidentlik
fəaliyyətində yeni-yeni uğurlar, möhkəm
cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən
diqqətə və təbrikə görə minnətdarlığını
bildirib.
Dövlət
başçıları 2018-ci ilin dostluq və
qardaşlıq münasibətlərimizin daha da möhkəmlənməsi
baxımından önəmli bir il olduğunu qeyd edərək
bu işdə qarşılıqlı səfərlərin və
görüşlərin əhəmiyyətini
vurğulayıb, qarşıdakı illərdə də əlaqələrimizin
daha da genişlənəcəyinə əminliklərini ifadə
ediblər.
Azərbaycan. - 2018.- 25 dekabr.- S.1.