Azərbaycan Respublikasının
Prezidenti Zatı-aliləri
cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
İcazə verin Sizi doğum
gününüz münasibətilə
Beynəlxalq Türk Akademiyasının rəhbərliyi
adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edim.
Sizin yorulmaz fəaliyyətiniz sayəsində qardaş Azərbaycan bütün sahələrdə, dövlət
quruculuğu istiqamətində
və beynəlxalq miqyasda əhəmiyyətli
uğurlar əldə
edib, beynəlxalq münasibətlər sisteminin
nüfuzlu üzvünə
çevrilib.
Azərbaycanın Sizin rəhbərliyinizlə
dünya miqyasında mədəniyyətlər və
sivilizasiyalar arasında
dialoqa, multikulturalizm ənənələrinin inkişafına,
sülh və tolerantlığın təmin
olunmasına verdiyi töhfə ölçüyəgəlməzdir.
Hörmətli cənab Prezident, bu xoş fürsətdən
istifadə edərək,
Beynəlxalq Türk Akademiyasının fəaliyyətinə
göstərdiyiniz diqqət
və qayğıya görə Sizə dərin təşəkkürümü
bildirirəm. Bu əlamətdar
gündə Zati-alinizə
möhkəm cansağlığı,
uzun ömür, ali dövləti
fəaliyyətinizdə yeni
uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm.
Dərin hörmət
və ehtiramla,
Darhan Kıdırali
Beynəlxalq Türk
Akademiyasının Prezidenti
Azərbaycan. - 2018.- 25 dekabr.- S.6.