Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

İcazə verin doğum gününüz münasibətilə Sizi Azərbaycandakı Katolik kilsəsinin üzvləri adından və şəxsən öz adımdan təbrik edim və Sizə ən xoş, ən səmimi arzularımı bildirim.

Cənab Prezident, fürsətdən istifadə edib bizim icmaya göstərdiyiniz dəstəyə və Azərbaycan Katolik kilsəsinin bütün din xadimlərinin viza almasına köməyinizə görə Sizə xüsusi təşəkkürümü bildirmək istərdim. Ölkədə dinlərarası münasibətlərin və multikulturalizm siyasətinin möhkəmlənməsi üzrə Sizin təşəbbüslərinizi yüksək qiymətləndiririk.

İcazə verin qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəylik Günüyeni, 2019-cu il münasibətilə Sizi, ailənizi və yaxınlarınızı təbrik edim. Sizə, ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.

Ulu Tanrı Sizə yar olsun!

Hörmətlə,

 

Vladimir Fekete

Azərbaycan Respublikasında Katolik kilsəsinin

apostol prefekturasının yepiskopu

 

Azərbaycan.- 2018.- 25 dekabr.- S.6.