İlham Əliyev bütün azərbaycanlıların Prezidentidir

 

Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü münasibətilə “Moskva-Bakı” portalında dövlətimizin başçısı haqqında “İlham Əliyev qloballaşmaqda olan dünyanın müasir liderinin etalonudur” sərlövhəli məqalə dərc olunub.

 

AZƏRTAC məqaləni təqdim edir.

 

Qloballaşmaqda olan dünyanın müasir liderinin etalonu” - məşhur yazıçı Çingiz Aytmatov Azərbaycan Prezidenti İlham Əliyevi bu cür səciyyələndirib. Əlbəttə, İlham Əliyevin liderlik etalonulider olması birdən-birə baş verməyib. Bundan əvvəl o, uzun illər boyu həyatın sınaqlarına sinə gərib, onunmümkün olanı və olmayanı” idarə etmək məharəti cilalanıb. Onun xarakterinin bütün bu məişət və siyasi aspektləri istedad, kəskin intellekt və yüksək mədəniyyət sayəsində daim möhkəmlənib.

1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (MDBMİ) daxil olmuş İlham Əliyev həyatının 15 ilini MDBMİ-də keçirib - əvvəlcə əyani şöbədə, sonra aspiranturada təhsil alıb, daha sonra orada dərs deyib. Dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. Gənclik illərini, yetkinlik dövrünü, ilk ümidlərini və ilk sınaqları xatırlayan hər kəs kimi, o da tez-tez həmin illəri yada salır.

1987-ci ildə onun atası – sonradan Azərbaycanın ümummilli lideri olmuş Heydər Əliyev bütün vəzifələrdən çıxarıldı, Sov.İKP MK Siyasi Bürosunun tərkibindən xaric edildipensiyaya göndərildi. Sovet dövründə bunun nə demək olduğunu təsəvvür etmək çətin deyil. Heydər Əliyevin ailəsinin bütün üzvlərini hər yerdə sıxışdırmağa başladılar. Lakin İlham Əliyev institutdan, həmkarlarından incimədi. MDBMİ-də onunla birlikdə təhsil alan və işləyən insanlar onu dəstəkləməyə, ruhlandırmağa, ona diqqəti artırmağa çalışırdılar. İlham Əliyev Azərbaycan Prezidenti seçiləndə MDBMİ-nin məzunu olan ilk və hələlik yeganə Prezident kimi alma-materə baş çəkdi. Ona fəxri doktor adı verildi, MDBMİ-nin muzeyində ona həsr edilmiş stend açıldı. İlham Əliyev buna nəcib şəkildə cavab verdi - MDBMİ-nin məzunlarının birinci görüşünün iştirakçılarını Bakıya dəvət etdi.

 

Müasir lider

 

İlham Əliyev Xəzərin neft yataqlarının mənimsənilməsi və istismarı haqqında müqavilənin – “Əsrin müqaviləsi”nin hazırlanmasına və həyata keçirilməsinə sanballı töhfə verib. 1994-cü ildə bağlanmış bu müqavilədə Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan mühüm rol oynayıb. 23 il sonra, 2017-ci il sentyabrın 14-də Bakıda “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsinin davam etdirilməsi barədə yeni “Əsrin müqaviləsi” imzalandı. Müqavilənin şərtlərinə görə, Azərbaycanın iştirak payı artırılaraq 11,6 faizdən 25 faizə çatdırılır. Azərbaycana çatacaq mənfəət neftinin payı 75 faiz olacaq.

Yüksək peşəkarlıq. Diplomatik duyum. Müasir liderin yüksək keyfiyyətləri. Məhz bu cəhətlər İlham Əliyevin siyasi karyerasında fərqləndirici və cəlbedici xüsusiyyətlərdir. O, prezidentliyinin lap əvvəlindən başlayaraq neft amilindən xalqın və müstəqil Azərbaycanın mənafeyi naminə istifadə edir. Sonradan özü bu barədə deyəcək: “Bizqara qızıl”ı insan kapitalına çevirməyə nail olduq. Biz neftdən alınan gəlirlərdən çox səmərəli şəkildə istifadə etdikbu gün bu fakt dünya miqyasında xüsusi qeyd edilir. Zəngin neft yataqlarına malik olan ölkələr çoxdur, lakin bu ölkələr yoxsulluq, kasıblıq şəraitində yaşayırlar. Bu ölkələrdə sabitlik pozulur, neft həmin ölkələrə fəlakətlər gətirir. Azərbaycanda isə neft firavanlıq, inkişaf, sabitlik, qüdrət gətirir”.

Azərbaycan cəmiyyətini uzun illərdir narahat edən Dağlıq Qarabağ münaqişəsinin həlli daim İlham Əliyevin diqqət mərkəzindədir. O, dəfələrlə bəyan edib ki, Azərbaycan Qarabağsız ola bilməz. Bu münaqişənin yalnız ölkənin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanması dövlət başçısının birmənalı mövqeyidir.

Azərbaycan Prezidenti açıq-aydın surətdə bəyan edib: “Dağlıq Qarabağ 5 ildən, 10 ildən, hətta 100 ildən sonra da Azərbaycandan ayrılmayacaq. Mən Prezident olduğum müddətdə buna yol verməyəcəyəm”.

 

Novatorluqrasionalizm

 

İlham Əliyev bütün məsələlərdə novatorluq və islahatçı yanaşmalar tətbiq edir. O, dünyada baş verən proseslərin və dəyişikliklərin məntiqinə əsaslanaraq Azərbaycanın fasiləsiz inkişafını sürətləndirən mühüm addımlar atır. İlham Əliyevin “prezidentlik xronikası”nın bəzi mərhələlərini xatırladaq. Onun Brüsselə səfəri Aİ ilə Azərbaycan arasında yeni saziş bağlanmasına dair danışıqlar prosesinə start verdi. Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında çıxış, BMT-ni öz qətnamələrini, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrini yerinə yetirməyə çağırış. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol kimi Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim. Azərbaycan, İranRusiya prezidentlərinin üçtərəfli sammiti, energetika və nəqliyyat sahələrində genişmiqyaslı layihələrin, o cümlədən “Şimal-Cənub” dəhlizinin yaradılmasına dair möhtəşəm planın müzakirəsi.

İlham Əliyev uğurlu və bənzərsiz şəxsiyyətdir. O, zəngin insani dəyərləri, kübar maneraları, rasional təfəkkür tərzini, sarsılmaz vətənpərvərlik, praqmatizmmilli mentalitet kimi keyfiyyətləri özündə cəmləşdirməklə Azərbaycanın ictimai həyatına və siyasətinə yeni nəfəs, müasirlik və intellektuallıq gətirir.

 

Ot kökü üstündə bitər

 

İlham Heydər oğlu Əliyev atası Heydər Əliyevin layiqli oğludur. O, Ümummilli Liderin siyasi kursuna mütləq mənada sadiqdir. Öz prinsiplərinə sadiqlik, parlaq intellekt, cəmiyyət üçün açıqlıq, tolerantlıq, səmimilik, humanizm kimi keyfiyyətləri atasından əxz edib. Heydər Əliyev kimi, ona da qətiyyətlilik, enerji, zehni potensial təşəbbüskarlıq xüsusiyyətləri xasdır.

İdarəçilik keyfiyyətləri, bu ya digər problemin müzakirələrində fəal iştirak, müasir qərb liderlərinə xas olan imic, ən başlıcası, qüsursuz nüfuz Heydər Əliyev fenomeninin əsas amilləri idi. İndi bu keyfiyyətlər həm İlham Əliyevi səciyyələndirir.

Ata oğul xarakter etibarilə səmimi insanlardır. Sıravi vətəndaşlarla ünsiyyətdə bu səmimiyyət xüsusilə parlaq şəkildə təzahür edir. Bütün müdrik dövlət adamları kimi İlham Əliyev atasına bənzəyirhər kəslə dil tapmağı, sıravi vətəndaşla istənilən psixoloji baryeri aradan qaldırmağı bacarır. Bu, dövlət başçısının Azərbaycan xalqının dəstəyindən etimadından istifadə etməsinə imkan verir.

Dövlət başçısının öz siyasi komandasının üzvləri ilə münasibətdə səmimiliyə qarşılıqlı hörmətə əsaslanan ünsiyyətin tərəfdarı olduğunu deyirlər. Lakin bütün bunlar Prezidentin kifayət qədər sərt qərarlar qəbul etməsini istisna etmir. Bütün xarizmatik liderlər kimi, İlham Əliyev özünə qarşı son dərəcə tələbkardır. İctimai rəydə o, özünənəzarətin qanunçuluğun qarantı kimi məşhurdur. Ciddi intizam yüksək məsuliyyət hissi dövlət başçısının bütün fəaliyyətinin meyarıdır.

 

Ailə

 

1983-cü ildə İlham Əliyev Mehriban Paşayeva ilə evləndi. Gənclər Moskvada tələbəlik illərində tanış olmuşdu. Mehriban xanım İ.Seçenov adına Tibb İnstitutunda oxuyurdu. 1985-ci ildə onların qızı Leyla, 1989-cu ildə kiçik qızları Arzu dünyaya gəldi.

Mehriban Əliyeva xatırlayır: “1987-ci ildən sonrakı dövr bütün ailəmiz üçün həqiqətən çox çətin dövr oldu. İlham özünü itirmədi, ailəsinin, uşaqlarının bu çətinlikləri hiss etməmələri üçün əlindən gələni edirdi. O vaxt çox böyük problemlər vardı, bizə, demək olar ki, heç kəs kömək etmirdi. İlhamın əzmkarlığı sayəsində biz korluq çəkmədik...”.

1997-ci ildə onların oğlanları Heydər doğuldu. Bu adı ona, əlbəttə, babasının şərəfinə vermişdilər. 2017-ci ildə İlham Əliyev Mehriban Əliyevanı ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin etdi. Təhlükəsizlik şurasında onupeşəkar humanist” kimi təqdim etdi.

İlham Əliyev bütün azərbaycanlıların Prezidentidir. Prezident ana dili ilə yanaşı, ingilis, rus, türk və fransız dillərində də danışır. O, öz xalqının oğludureyni zamanda, beynəlmiləlçi, ümumbəşəri mənəvi dəyərlərin tərəfdarıdır. O, milli ənənələrin və dini təsisatların, konfessiyalar arasında qarşılıqlı tolerant münasibətlərin, multikulturalizmin tərəfindədir. Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycan kimi güclü dövlətin mövcud olmasından qürur duyur, öz Prezidenti İlham Əliyevin dəstəyini hiss edir.

 

Azərbaycan.- 2018.- 25 dekabr.- S.7.