Rusiyanın aparıcı “Rossiya-24” telekanalı Azərbaycan
haqqında “Merci Baku” adlı xüsusi reportaj yayımlayıb
Dekabrın 24-də Rusiyanın aparıcı xəbərlər kanalı olan “Rossiya-24”də Azərbaycan haqqında “Merci Baku” adlı xüsusi reportaj yayımlanıb. AZƏRTAC həmin reportajı təqdim edir.
Aparıcı: Azərbaycan Prezidenti İlham Əliyev 57 yaşını qeyd edir. Əlamətdar gün münasibətilə onu Prezident Vladimir Putin təbrik edib və qeyd edib ki, Prezident ƏLİYEV təcrübəli və uzaqgörən siyasətçidir.
Öz növbəsində Azərbaycan dövlətinin başçısı bizim telekanala müsahibəsində bildirib ki, rusiyalılar respublikada turistlərin sayına görə birinci yeri tutur və özlərini burada evlərindəki kimi hiss edirlər.
Azərbaycan paytaxtının mənim həmkarım Mariya Qladkixi nə ilə heyrətləndirdiyinə isə onun “Merci Baku” adlı xüsusi reportajında baxın.
Mariya Qladkix: Mən turistlərin Azərbaycana nə üçün gəlməli olduqları barədə çox danışa bilərəm. Düşünürəm ki, rusiyalılar məni eşidəcəklər. Biz Bakıdayıq. Öz tarixi, ənənələri ilə zəngin, bununla belə bütün yeniliklərin – innovasiyaların, bütün texniki ixtiraların olduğu qədim şəhərdəyik. Azərbaycanda artıq yuxarıya – kosmosa əl atıblar.
Köhnə şəhərdən
biz gələcəyin şəhərini görməyə
yola düşdük. Hamısı “Made in Azerbaijan”dır. Bu,
çoxlarının fikirləşdiyi kimi, pomidor deyil. Burada səni casus filmlərindəki kimi göstərən
tibbi eynəklər var.
Siz yaşıl həlqələrin
hara yönəlməsini görürsünüz? – Bəli, onu hətta yerə
də yönəltmək olar. Orada başın əksi
görsənəcək. Bəli,
başın əksi görsəndi. Sizin məqsədiniz
bu marker olmadan bu başı real obyektin üzərinə qoymaqdır.
Bu eynəklərin vasitəsilə adi gözlə
görə bilmədiyimiz strukturları görmək olur.
Yenə də sehrli eynəklər. Bu dəfə
isə təyyarəçilər üçün simulyator.
Onların köməyi ilə çətin
uçuş həyata keçirmək olar. Mənə elə gəlir ki, mən kənardan
ağılsız kimi görsənirəm. Amma bu, olduqca çox gözəl görsənir.
Hətta buludlar da sanki, təbiidir. Bax, bura da təbiidir.
Qarşıya adi məqsədlər
qoyulmayıb.
“Azərkosmos” - Qafqazda ilk peyk operatoru.
“Azərkosmos”un əməkdaşı
Tərlan Məmmədzadə: Sentyabrın 25-də geostasionar
orbitə 45 dərəcəli Şərq uzunluğu
mövqeyinə 3-cü peyk – “Azerspace 2” buraxılıb. Peyk
Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın
Şərq və Tropik Afrika ölkələrinə xidmətlər
göstərəcək.
Müxbir: Yeni texnologiyalar sərgisində
biz Prezident İlham Əliyevlə görüşürük.
Hərçənd ki, dövlət
başçısı rus dilində sərbəst
danışır, müsahibəni onun doğma dilində
başlayırıq.
Bu videoyazını sonra
axşam bütün Azərbaycan telekanalları göstərirdi. Belə ki,
müəyyən mənada “Rusiya-24” kanalı bir növ bu sərginin
əsas kəşfi oldu.
Prezident İlham Əliyev: Bizim
uğurla həyata keçirdiyimiz əsas vəzifəmiz
qeyri-neft sektorunun inkişafıdır ki, Azərbaycan
iqtisadiyyatı sabit tərəqqi etsin.
Müxbir: Axı, siz turizmi inkişaf
etdirmək niyyətindəsiniz. Belə başa
düşürəm ki, ən çox turist Rusiyadandır.
Prezident İlham Əliyev: Bəli,
birinci yerdə Rusiyadır. İl ərzində
800 mindən çox rusiyalı gəlib. Onlar özlərini
evdəki kimi hiss edirlər, burada dil maneəsi yoxdur, onlara
münasibət çox yaxşıdır. Bizim
ortaq tariximiz də mühüm rol oynayır.
Müxbir: Ləziz təamlarınız...
Prezident İlham Əliyev: Bəli,
tamamilə doğrudur.
Müxbir: Bu gün Azərbaycan nadir təbiət,
meyvələr, tarixi abidələr deməkdir. Bütün
bunlar min bir işığa bürünüb. Bakı
bütün günü lap Las-Veqas kimi işığa qərq
olur. Azərbaycanı yanan neft və qaza görə
“Odlar ölkəsi” adlandırıblar. Qədim
zamanlarda Hindistandan buraya atəşpərəstlər ziyarətə
gəlirdilər. Azərbaycanda planetdə mövcud olan
11 iqlim tipindən 9-u var. Bir neçə saat ərzində
yolüstü çöl, subtropik və sıx meşələrdən
keçərək qar yağan yerlərə düşmək
olar. Bakıya gələrək isə Venesiyaya
düşmək olar. Baxın, əsl yerli
Venesiyadır. Qayıqla gəzəcəyik.
Müxtəlif ölkələri görmək
üçün başqa yerə getmək lazım deyil.
Sadəcə, Bakıya gəlmək kifayətdir.
Burada, həqiqətən, nə desən var! Burada
gəzintiyə çıxa bilərsən, burada
Venesiyadakı kimi improvizə olunmuş kanallar,
qayıqçılar var. Ümid edirəm ki,
qayıqçı oxuyacaq. Çünki
İtaliyada onlar oxuyurlar.
Müxbir: Deyir ki, oxumayacaq.
Qayıqçı: Mən isə bu
mahnını sevirəm.
Müxbir: İndi qətiyyən
müəyyənləşdirmək olmur, biz Azərbaycandayıq,
yoxsa İtaliyada.
Qayıqçı: Bilirsiniz, təəccüblüsü
nədir? Bu kanal artıq 50 ildir - hələ
sovet dövründən mövcuddur.
Müxbir: Məşhur Bakı
Bulvarı 15 kilometrədək uzanıb. Hələ
də tikilməkdə davam edir. Ümumi
uzunluğu 26 kilometr olacaq. Uzağa getmək
doğrudan da lazım deyil. Burada qala da
Torontodakı kimidir, həm Sidney, həm də Dubayın bir
hissəsi var. Yerli sakinlər bunu Yaxın Şərqin Parisi
adlandırırlar. Hava soyuyur. Bir qədər qalın geyinmək lazım oldu.
Biz artıq İçərişəhərə
gəlmişik. Burada artıq əsl milli
kolorit nəzərə çarpır. Məsələn,
düz küçənin ortasında nərd oynayırlar.
Müxbir: Salam. Qoşulmaq
olar?
Nərd oynayan: Bəli.
Müxbir: Bu, sizin milli əyləncənizdir
eləmi?
Nərd oynayan Bəli.
İş olmayanda nərd oynayırıq. İndi alver getmir.
Müxbir: İndi alver zəifdir? İndi turistlər yoxdur?
Nərd oynayan: Var, amma almırlar.
Müxbir: Turistlər var, alver etmirlər,
sadəcə, gəzirlər. İlham Əliyev dedi ki,
bütün turistləri Azərbaycana çağırır.
Ona görə də, Allah qoysa, burada çoxlu
turist olacaq və sizin də nərd oynamağa vaxtınız
olmayacaq. İndi Bakıda turizm
mövsümi deyil. Bayırda soyuqdur.
Bakı sözünün mənası farsca
“badi-kubə” - Küləklər şəhəri deməkdir.
Burada deyildiyi kimi: “Əgər soyuqdursa rəqs elə”. Hamımızın yallını sevməyimiz Rusiya
ilə Azərbaycanı birləşdirir. Bu,
Azərbaycan yallısıdır. Bu
yallı xüsusidir. Bu yallı insanı vəcdə
gətirir. Özüm də oynamaq istədim.
Yallı, bax belədir – oyun elementləri də
var. Rəqs edənlər arasında aparıcı da var. Azərbaycan
yallısının yüzlərlə növü var. Deyəsən,
məni də yallıya qəbul edəcəklər.
Rusiyanın Azərbaycandakı səfiri
Mixail Boçarnikov: Bizim ölkələrimizi təkcə
yallı deyil, daha çox amil bağlayır. “KamAZ”,
QAZ avtomobillərinin sənaye üsulu ilə yığımı
aparılır. Bakıda mədəni həyat
qaynayır. Dramteatr, Musiqili Komediya, Opera və Balet
teatrları fəaliyyət göstərir. Onlar ən
müasir tamaşalara quruluş verir.
Müxbir: Yəni, incəsənəti
görmək üçün Bakıya gəlmək olar?
Mixail
Boçarnikov:
Hesab edirəm ki, bəli, olar.
Müxbir: Azərbaycanın
ümummilli lideri Heydər Əliyevin adını
daşıyan Mərkəzdə incəsənətin vəhdəti
müşahidə olunur. Futurist, memarlıq
şedevri olan Mərkəzin binası əfsanəvi Zaha
Hadidin əsəridir. Bax, bunu mən qətiyyən
Heydər Əliyev Mərkəzində görməyi gözləmirdim.
Hiperrealist heykəllər. Belə
bir sərgi burada keçirilir. O dərəcədə
realist əsərdir ki, burada hətta xırda xalları,
çilləri, damarları, boyunda qırışları
görə bilərsən. Məsələn,
dırnaqlarına baxın. Əsl insan
dırnaqlarıdır. Bağışlayın,
baxmaq olar?
Mərkəzin əməkdaşı: Artıq vaxtınız
keçib.
Müxbir: Burada nə var? 18 və daha çox.
Mərkəzin əməkdaşı: Sizin 18 yaşınız
var?
Müxbir: Var.
Mərkəzin əməkdaşı: Onda gedək.
Müxbir: Sadəcə, söz ola bilməz. İnanılmaz sərgidir.
O, artıq dünyanın bir çox ölkəsində
keçirilib. Bu isə artıq bizim Heydər
Əliyev Mərkəzində gözlədiyimiz
görüntülərdir. Onun şəxsi
əşyaları, fotoları. Məsələn,
bax, bu, onun DTK-da işlədiyi vaxt geyindiyi paltardır. Bu isə artıq onun andiçmə mərasimində
geyindiyi kostyumdur. Sonra isə Azərbaycan
Respublikasının üçüncü Prezidentinin
çalışdığı məhz həmin iş
masasıdır. Burada onun ordenləri,
medalları və Azərbaycan xalqına onların sevimli
liderini xatırladan hər şey var.
Mənim daha bir şəxsi
mədəni heyrətim “cin”lə görüş oldu. Şüşədəki
yox, həqiqi “cin”lə. Mikrofon
qarşısında “cin” ləqəbli Ceyhun Zeynalovdur. Onu Azərbaycanın Bob Marlisi adlandırırlar.
Ceyhun Zeynalov. Azərbaycanın məşhur
müğənnisi, özü də ən maraqlısı və
mənim üçün anlaşılmaz olan – reqqi. Azərbaycanda reqqi var? Mən bunu
bu gün bildim.
Ceyhun Zeynalov: Bunun Azərbaycanda banisi mən
olmuşam. Kim ki, musiqini inkişaf etdirir, normal
musiqi dinləyir onlar təbii ki, reqqini dinləyirlər.
Müxbir: Azərbaycan çoxmusiqili
ölkədir. Opera. İlk
operanı Bakıda hələ 1908-ci ildə dinləyiblər.
Bəstəkar Üzeyir Hacıbəyli məşhur
Leyli və Məcnunun sevgi əhvalatını tamaşaya
qoyub. Bu, Şərqdə ilk operadır.
Ceyhun Zeynalov: Azərbaycan musiqisinin təməli
muğamdır. Muğam UNESCO-nun Ümumdünya İrs Siyahısına
salınıb. Muğam məqamdır. Hər məqam müəyyən emosiyanı ifadə
edir. Reqqidən başqa meyxana da var. Bu, Azərbaycan
repidir. Ən məşhuru “Davay,
dosvidaniya”dır.
Müxbir: Azərbaycanı anlamaq
üçün onun təamlarını dadmaq lazımdır.
Bakının ən yaxşı restoranlarından
birində məni direktor müavini Elşad Nuriyev
qarşılayır.
Elşad Nuriyev: Bizim restoranımızın
sahəsi 5 min kvadratmetrdir. Bu, Cənubi Qafqazda, hətta
deyərdim ki, Avropada ən böyük restorandır. Burada ət 28 gün saxlanılır, sonra
doğranılıb bişirilərək qonaqlara verilir. Ən yaxşı şərablar bizim yerli şərablardır.
Müxbir: Azərbaycan şərabları?
Elşad Nuriyev: Əlbəttə, Azərbaycan
şərabları.
Müxbir: Yaxşısı budur,
bıçaqların haradan götürüldüyünü
deyin. Bu, nə nömrələrdir belə?
Elşad Nuriyev: Bu, qonaqların nömrəsidir.
Müxbir: Qonaq gəlir və onun
şəxsi bıçağı var. Özündən və
məndən başqa heç kim ona toxuna
bilməz.
Elşad Nuriyev: Bizdə həmişə
çox adam olur.
Müxbir: Bura ümumilikdə nə qədər
qonaq tutur?
Elşad Nuriyev: 1500.
Müxbir: Türk qəhvəsi. O, qum üzərində hazırlanır. Streployn, tinderloyn, ribay, lokum. Qurmanların
ürəyi nə istəyirsə, hamısı var. Kömək
edəcəksiniz? Məni mətbəxdə
çək. Bütün insanlar istirahət
edir, mən isə yenə də mətbəxə gedirəm.
Restoranın əməkdaşı: Əvvəlcə, biz əti
doğrayacağıq. Mən indi, sadəcə,
Nüsrətəm. Baxın görün nə
edirəm. Dadmaq lazımdır. Bax, xidmət budur. Mənə,
sadəcə, əti qızartmaq etibar olunub. Bunu bacarıram. İndi o, son
ştrixi vuracaq. Sonuncu ştrix nədir?
Əhsən.
Müxbir: Ən maraqlısı indidir.
Dadmaq lazımdır.
Azərbaycan xörəklərinin 30-dan çox növü var. Düz deyirlər ki, Bakıda bütün mədəniyyətlərin mətbəxini dadmaq olar. Budur, indi türk paxlavası Azərbaycan süfrəsinə veriləcək. Ona mütləq qoz, sarıkök, badam, əncir əlavə edirlər. Bizdə isə desertdə həmişəki kimi konsertdir. Baxın, tarda “Kalinka”nı ifa edirlər. Bu, yeganə alətdir ki, nə desən ifa etmək olar.
Azərbaycanın 60-dək
musiqi aləti var. Ən
sevimlisi Azərbaycan balalaykası tardır. Məlum
oldu ki, “Kalinka” üçün tam münasibdir.
Azərbaycan - çox
yaxın və özünəməxsus diyar. Biz onu tamamilə
başqa cür gördük. Heyrətamiz torpaqdır. Ənənələrinə
sadiq görünsə də, həm də yenilikləri ilə
heyrətə gətirir. Burada innovasiyalara sərmayə
qoyulur, bununla belə ənənəvi xəzinəni həssaslıqla
qoruyurlar. Yola düşməzdən əvvəl, bir daha dənizkənarı
bulvara getdik. Axı, Bakının qışı əslində
Rusiyanın payızıdır. Xəzərdən külək
əsir, yelkənli qayıqlar dənizə çıxır.
Burada lap yaxında neft çıxarırlar. Amma inanın ki,
Azərbaycanın ən əsas sərvəti bu, deyil. Merci
Baku.
Azərbaycan.-
2018.- 25 dekabr.- S.7.