“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. "İşsizlikdən sığorta haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 8, maddə 1514) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.0.5-ci maddədə "idarəetmənisözündən sonra "(işsizlikdən sığorta haqqının hesablanmasına ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla)” sözləri əlavə edilsin;

1.2. 6-cı maddə üzrə:

1.2.1. 6.2.1-ci 6.2.7-ci maddələr ləğv edilsin;

1.2.2. 6.2.11-ci maddə aşağıdakı redaksiyada verilsin:

"6.2.11. sığorta haqqının hesablanmasını uçotunu aparmaq, hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək, habelə sığorta ödənişi üçün əsas olan sənədlərin məlumatların qorunub saxlanmasını təmin etmək;”;

1.3. 7-ci maddə üzrə:

1.3.1. 7.1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"7.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) işsizlikdən sığorta haqqı üzrə məlumat hesabatlar almaq;”;

1.3.2. 7.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"7.1.3. işsizlikdən sığorta haqqı üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük illik üzləşdirilməsini aparmaq;”;

1.3.3. aşağıdakı məzmunda 7.1.3-1-ci maddə əlavə edilsin:

"7.1.3-1. sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək;”;

1.4. aşağıdakı məzmunda 7-1-ci maddə əlavə edilsin:

"Maddə 7-1. İşsizlikdən sığorta haqqının hesablanmasına ödənilməsinə nəzarət

İşsizlikdən sığorta haqqının hesablanmasına ödənilməsinə nəzarət, işsizlikdən sığorta haqqı üzrə yaranmış borcların alınması, işsizlikdən sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması artıq ödənilmiş işsizlikdən sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.”;

1.5. 10.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"10.2. İşsizlikdən sığorta haqqının hesablanmasına ödənilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.”;

1.6. 19.0.5-ci maddəyə "müvafiq icra hakimiyyəti orqanınınsözlərindən sonra "müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;

1.7. 23-cü maddədə "25” rəqəmləri "50” rəqəmləri ilə əvəz edilsin.

Maddə 2. Bu qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 noyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 26 dekabr.- S.5.