Əmək pensiyaları
haqqında Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikasının 2018-ci il 30 noyabr tarixli 1362-VQD nömrəli
Qanununun tətbiqi və Əmək
pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Əmək
pensiyaları haqqında
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
2018-ci il 30 noyabr tarixli 1362-VQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. üç
ay müddətində:
1.1.1. Azərbaycan
Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Əmək
pensiyaları haqqında
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.1.3. "Əmək
pensiyaları haqqında
Azərbaycan Respublikası
Qanununun 5.3-cü maddəsinə
uyğun olaraq, əmək pensiyalarının
təyin edilməsi, hesablanması və yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla təsdiq
etsin;
1.2. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
"Əmək pensiyaları
haqqında Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunundan irəli gələn məsələləri
həll etsin.
3. "Əmək
pensiyaları haqqında
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
6 mart tarixli 377 nömrəli
Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 3, maddə
228; 2009, ¹ 11, maddə 883; 2013, ¹ 6, maddə 631; 2016, ¹ 9, maddə
1467; 2017, ¹ 5, maddə 756; 2018, ¹ 2, maddə 185) aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 2.2-ci bəndə
"9.1-ci sözlərindən əvvəl "5.3-cü, sözləri
əlavə edilsin;
3.2. 2.3-cü bəndə
"31.2-ci sözlərindən əvvəl "31.1-ci, sözləri
əlavə edilsin.
4. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
5. Bu fərman
2019-cu il yanvarın 1-dən qüvvəyə
minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
21 dekabr 2018-ci il
Azərbaycan.-
2018.- 26 dekabr.- S.4.