“İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1351-VQ nömrəli Qanununun tətbiqi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqındaAzərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1351-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqındaAzərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 9-cu hissəsində (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin qanunun 3-cü maddəsinin 9-cu hissəsində (birinci halda) "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti nəzərdə tutulur;

1.3. həmin qanunun 3-cü maddəsinin 9-cu hissəsində (ikinci halda) "orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı Operativ Sosial Təminat Agentliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikası Prezidentinin aktlarının həmin qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi:

3.1. İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin gəlirlərinin yerinə yetirilməsi üçün tədbirlər görsün bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

3.2. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

4.1. İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görsün bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

4.2. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

5. İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzi "İşsizlikdən sığorta haqqındaAzərbaycan Respublikasının Qanununa əsasən hər il üçün təsdiq edilən işsizlikdən sığorta fondunun büdcəsində müəyyən olunan özünüməşğulluq tədbirlərinin təşkili ilə bağlı görülmüş işlərin monitorinqini qiymətləndirilməsini həyata keçirsin bu barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları büdcədən maliyyələşən təşkilatlar büdcədənkənar vəsaitlər üzrə 2018-ci ildə yaranmış işsizlikdən sığorta haqları borclarını 2019-cu il üçün xüsusi vəsaitlərin smetalarında nəzərə alsınlar.

7. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, şəhər rayon icra hakimiyyətlərinə tapşırılsın ki, ərazilərindəki dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə sığorta haqlarını vaxtında tam ödəməsini təmin etmək üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinin tabeliyində olan vergi orqanları ilə birlikdə tədbirlər həyata keçirsinlər.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının normativ xarakterli aktların "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqındaAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 26 dekabr.- S.5.