“İşsizlikdən
sığorta haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2018-ci il 30 noyabr tarixli 1361-VQD nömrəli
Qanununun tətbiqi və “İşsizlikdən sığorta
haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun
tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini
rəhbər tutaraq, "İşsizlikdən sığorta
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 30 noyabr tarixli 1361-VQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin
etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının "İşsizlikdən sığorta
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını üç ay
müddətində təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. həmin qanundan irəli gələn
digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının
Vergilər Nazirliyi:
2.1. Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla
"İşsizlikdən sığorta haqqında” Azərbaycan
Respublikası Qanununun 6.2.11-ci maddəsinə uyğun olaraq,
hesabatın formasını bir ay müddətində müəyyən
etsin;
2.2. "İşsizlikdən
sığorta haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının Qanunundan irəli gələn məsələləri
həll etsin.
3. Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
"İşsizlikdən sığorta haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının Qanunundan irəli gələn
məsələləri həll etsin.
4. "İşsizlikdən
sığorta haqqında” Azərbaycan Respublikasının
2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli
1569 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 8, maddə 1516)
aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.1-ci bənddə
"16-cı” sözləri "6.2.11-ci (hər iki halda),
7.1.1-ci, 7.1.3-cü, 7.1.3-1-ci, 10.2-ci, 16-cı, 19.0.5-ci” sözləri
ilə əvəz edilsin;
4.2. 2.3-cü bənddən ",
23-cü maddəsinin adında və birinci cümləsində
(birinci halda)” sözləri çıxarılsın;
4.3. 2.6-cı bəndə
"işçilərinə” sözündən sonra "və
vergi orqanları işçilərinə” sözləri əlavə
edilsin;
4.4. 2.7-ci bəndə
"Administrasiyası” sözündən sonra ", Azərbaycan
Respublikasının Vergilər Nazirliyi” sözləri əlavə
edilsin;
4.5. 2.8-ci bənddən "10.2-ci
maddəsində və” sözləri çıxarılsın;
4.6. 2.9-cu bənd
aşağıdakı redaksiyada verilsin:
"2.9. həmin qanunun 19.0.5-ci maddəsində
"orqan” dedikdə Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Məşğulluq Xidməti qismində Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat
Agentliyi qismində Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə
tutulur;”;
4.7. 2.10-cu bəndə
"işçiləri” sözündən sonra "və
vergi orqanlarının işçiləri” sözləri əlavə
edilsin;
4.8. 2.10-cu bəndin sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə əvəz
edilsin və aşağıdakı məzmunda 2.11-ci və
2.12-ci bəndlər əlavə edilsin:
"2.11. həmin qanunun 23-cü
maddəsinin adında və birinci cümləsində (birinci
halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Vergilər Nazirliyi və Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi həyata keçirirlər;
2.12. həmin qanunun 6.2.11-ci (hər
iki halda), 7.1.1-ci, 7.1.3-cü, 7.1.3-1-ci və 10.2-ci maddələrində
"orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər
Nazirliyi nəzərdə tutulur.”.
5. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların "İşsizlikdən
sığorta haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
6. Bu fərman 2019-cu il yanvarın
1-dən qüvvəyə minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
21 dekabr 2018-ci il
Azərbaycan.
- 2018.- 26 dekabr.- S.5.