Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident.

İcazə verin, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazisinin sakinləri adından şəxsən öz adımdan Sizə dərin hörmət ehtiramımı ifadə edim ad gününüz münasibətilə ən səmimi təbriklərimi, xoş arzularımı çatdırım.

Bu təntənəli mötəbər gündə sülh, əmin-amanlıq, Azərbaycan Respublikası onun əhalisinin rifahı naminə fundamental fəaliyyətinizdə Sizə uğurlar, möhkəm cansağlığı arzulayırıq.

Siz dövlətin bütün sahələrinin inkişafı üçün yeni-yeni strateji layihələri həyata keçirməklə, vətəndaşların yaşayış səviyyəsini yüksəltməklə ölkənin milli maraqlarını üstün tutmaqla əzmlə çalışırsınız.

Əminəm ki, Sizin biliyiniz, təcrübə bacarığınız, müdrikliyiniz Azərbaycan Respublikasının daha gözəl çiçəklənən gələcəyini təmin edəcək, əmin-amanlıq sabitlik qorunub saxlanılacaq.

Qaqauziya Muxtar Ərazisinə göstərdiyiniz dəstəyə görə qaqauz xalqı adından Sizə dərin səmimi minnətdarlığımızı bildiririk. Biz Azərbaycan Respublikası ilə Moldova Respublikasının Qaqauziya Muxtar Ərazisi arasında yaranmış dostluq münasibətlərinə açıq tərəfdaşlıq əlaqələrinə görə ürəkdən qürur duyuruq.

Sizə, eləcə yaxınlarınıza doğmalarınıza daim aydın səma, rifah sevinc arzulayıram.

Möhtərəm Prezident, fürsətdən istifadə edərək Sizə ən dərin yüksək hörmətimi ifadə edirəm.

Dərin hörmət ehtiramla,

 

İrina Vlax

Moldova Respublikasının

Qaqauziya Muxtar Ərazisinin rəhbəri

 

Azərbaycan. - 2018.- 26 dekabr.- S.6.