Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm İlham Heydər oğlu.

İcazə verin Sizi həyatınızda əlamətdar hadisə - doğum gününüz münasibətilə Rusiya Müsəlmanları Ruhani Məclisi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edim.

Siz respublikaya rəhbərlik edən gündən İslamın sülh, xeyirxahlıq və ədalət prinsiplərini əsas tutaraq, Azərbaycan xalqının rifahı naminə əzmlə çalışırsınız. Siz yorulmaq bilmədən işləyərək özünüzü Azərbaycanın taleyi üçün çox böyük məsuliyyət hiss edən müdrik, qətiyyətli, insanların qayğısına qalan dövlət xadimi kimi göstərə bilmisiniz.

Müasir Azərbaycan sosial-iqtisadi uğurun və millətlərarası sülhün nümunəsi olmaqla bərabər, həm də Sizin səyləriniz sayəsində öz qədim qaynaqlarına qayıdır və özünün əvvəlki tarixi möhtəşəmliyini dirçəldir.

Sizin şərəfli əməyinizə, səxavətli və həssas qəlbinizə görə minnətdarlıq və təşəkkür sözlərimi qəbul edin. Qoy ömrünüzün hər günü sülh, harmoniya və məhəbbətlə dolu olsun!

Sizə çətin işinizdə güc, gümrahlıq, enerji, müdriklik və səbir diləyirik. Allah Sizin bütün xeyirxah işlərinizi, səmimi dualarınızı və ibadətinizi qəbul etsin!

Dərin hörmətlə və ömrünüzə dualarla,

 

Albir Krqanov

Rusiya Müsəlmanları Ruhani Məclisinin müftisi,

Rusiya Federasiyası İctimai Palatasının üzvü

 

Azərbaycan.- 2018.- 26 dekabr.- S.6.