Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyası, Rusiya Vəkillər Gildiyası, Rusiya Vəkillik və Notariat Akademiyası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Sizin bir vətənpərvər və vətəndaş kimi fəal həyat mövqeyiniz, dövlət əhəmiyyətli məsələləri qüsursuz yerinə yetirməyiniz Vətənə layiqli xidmət nümunəsidir.

Azərbaycan xalqı Sizi dövlət başçısı vəzifəsinə seçməklə Sizə öz etimadını və ölkənin inkişaf etdirilməsi, cəmiyyətdə sabitlik və həmrəylik, xalqın firavanlığı və rifahının yüksəlməsi üzrə Sizin siyasətinizi hərtərəfli dəstəklədiyini nümayiş etdirib. Siz Heydər Əlirza oğlu Əliyevin Azərbaycan Respublikasında islahatçılıq yolunun layiqli davamçısısınız.

Sizin səmərəli rəhbərliyinizlə Azərbaycan genişmiqyaslı siyasi, iqtisadi islahatlar və dəyişikliklər, əhalinin sosial rifahının yüksəldilməsi yolunda inamla irəliləyir, aktual beynəlxalq və regional problemlərin həllində fəal iştirak edir.

Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan ilə Rusiya arasında iqtisadi, mədəni, siyasi əlaqələr gündən-günə genişlənir və möhkəmlənir. Mən Sizin həmvətəniniz kimi öz tarixi Vətənimlə qürur duyur, onu əziz tuturam. Bakıda bir çox beynəlxalq tədbirlər keçirilməsi faktları da Azərbaycan Respublikasının nailiyyətlərinin beynəlxalq aləmdə tanınmasına dəlalət edir.

Bu gün Siz həyatınızın ən mühüm mərhələsindəsiniz – zəngin təcrübəniz müdriklik və həyat bilgisi ilə ahəngdar şəkildə əlaqələnir, çox görülüb, gələcək üçün çoxlu yeni planlar var.

Qoy enerji, gümrahlıq və mənəvi güc Sizin etibarlı tərəfdaşlarınız olsun! Sizə cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqının rifahı naminə yeni zəfərlər arzulayıram.

Sizə, yaxınlarınıza və bütün Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

 

Həsən Mirzəyev

Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti,

Rusiya Vəkillər Gildiyasının prezidenti,

Rusiya Federasiyasının Əməkdar hüquqşünası,

hüquq elmləri doktoru, professor

 

Azərbaycan.- 2018.- 26 dekabr.- S.6.