Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Avropa yəhudiləri icması adından Sizi doğum gününüz münasibətilə təbrik edirik.
Yəhudilərin inancına görə, doğum günü elə bir gündür Tanrı həmin gündə qərara gəlir ki, dünya Sizsiz mövcud ola bilməz.
Ölkəmizdə yaşayan bütün xalqlar kimi, biz - Azərbaycan yəhudiləri də respublikamızın yalnız Sizin müdrik rəhbərliyiniz sayəsində inkişaf və tərəqqi etdiyinin şahidiyik.
Biz böyük sevinc hissi ilə Sizə möhkəm cansağlığı, uzun ömür və hamımıza doğma olan Azərbaycanın rifahı naminə səmərəli fəaliyyət arzu edirik.
Tanrı Sizi qorusun!
Dərin hörmətlə,
Aleksandr Şarovski
Avropa yəhudilərinin Bakı dini
icmasının sədri
Yevgeni Brenneysen
Avropa yəhudilərinin Bakı dini
icması sədrinin müavini
Şneor Seqal
Avropa yəhudilərinin Bakı dini
icmasının baş ravvini
Azərbaycan.- 2018.- 26 dekabr.-
S.6.