Azərbaycan Respublikasının
Birinci vitse-prezidentinin
Katibliyinin bəyanatı
Son zamanlar
sosial şəbəkələrdə
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın adından
saxta hesabların yaradılması, fotoşəkillərini
paylaşaraq ona aid olmayan fikir, sitat və ölkə
vətəndaşlarına müraciətlərin yayımlanması
geniş yer alıb. Bu cür yalan yazıların artmasını
nəzərə alaraq,
onların yayılmasının
qarşısını almaq
məqsədilə Azərbaycan
Respublikasının Birinci
vitse-prezidentinin Katibliyi
bəyan edir ki, xanım Mehriban Əliyeva heç bir sosial şəbəkə
istifadəçisi deyil
və onun bütün müraciət
və bəyanatları
auditoriyaya yalnız rəsmi KİV vasitəsilə
çatdırılır.
Media və
sosial şəbəkələrdə
ölkənin Birinci vitse-prezidenti adından dövlətimiz üçün
mühüm əhəmiyyət
kəsb edən məsələlərə, o cümlədən
Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinə
dair saxta açıqlamaların verilməsi
çaşqınlıq doğurur. Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətinə dair dolğun, rəsmi və doğru informasiyaya sərbəst çıxış mövcud
olduğu halda, həqiqətə uyğun
olmayan məlumatların
istifadəsi və paylaşılması yolverilməzdir.
Təkidlə hər kəsi məsuliyyətli olmağa
və yoxlanılmamış,
saxta və təxribat xarakterli məlumatları yaymaqdan çəkinməyə çağırırıq.
Azərbaycan.- 2018.- 26 dekabr.- S.7.