Azərbaycan Dillər
Universitetində akademik
Ramiz Mehdiyevin kitabının təqdimatı
olub
Dekabrın 25-də Azərbaycan Dillər Universitetində Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin yeni işıq üzü görmüş "Qriqorian
kilsəsi Səfəvilər
dövlətinə qarşı
casusluq aləti kimi. XVII əsr – XVIII əsrin ilk dörddəbiri”
kitabının təqdimatı
keçirilib.
AZƏRTAC xəbər
verir ki, təqdimatda universitetin rəhbərliyi, professor-müəllim
heyəti, AMEA-nın institutlarının əməkdaşları
iştirak ediblər.
Tədbiri açan
ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, akademik Ramiz
Mehdiyevin on illərlə
apardığı tədqiqatlarının
çox məntiqli davamı olan bu kitab elmimiz,
cəmiyyətimiz üçün
çox aktual olan bir mövzuya
həsr edilib. Qeyd edib ki, akademikin
Azərbaycanın tarixi,
mədəniyyəti, bu
günü və gələcəyi ilə bağlı düşüncələrini,
ideyalarını əks
etdirən tədqiqatlarını
konseptual şəkildə
götürsək, bu
mənada onun əsərlərini azərbaycançılıq
adlandırmaq olar.
Akademik Ramiz Mehdiyevin onlarla bu cür əsərlərinin
olduğunu vurğulayan
K.Abdulla bunların hamısının bir sistem kimi bütövlükdə
azərbaycançılığın, dövlətçiliyin fəlsəfəsinə
həsr edildiyini
deyib: "Bu əsərlər
göstərir ki, bugünkü dövlətçiliyimiz
qarşısında duran
problemləri, onun fəlsəfəsini dərindən
dərk edən bir filosof kimi
Ramiz müəllim Azərbaycanın gələcəyinin
qurulması ilə bağlı dövlət təcrübəsindən istifadə
edən son dərəcə
müdrik dövlət
xadimidir. Onun bu gün dövlət xadimi kimi formalaşmasının
ən əsas xüsusiyyətlərindən biri
də on illərlə
ulu öndər Heydər Əliyevin yaxın silahdaşı kimi fəaliyyət göstərməsidir. Ramiz müəllim
müdrik bir filosof, alim, dövlət xadimi kimi Azərbaycan dövlətçiliyinin inkişaf
etdirməsində bu gün də çalışır, elmi,
fəlsəfi fəaliyyətini
davam etdirir. Azərbaycanşünaslıq problemləri
istər qədim dövrdə, istər XVI əsrdə, istərsə
də bu gün Azərbaycan və onun ətrafındakı
dövlətlərin münasibətinin
öyrənilməsində aktuallıq kəsb edir ki, bu
baxımdan akademik Ramiz Mehdiyevin erməni dövlətinin,
dininin, cəmiyyətinin
formalaşması ilə
bağlı fikirləri
son dərəcə maraqlıdır
və azərbaycanşünaslıq
istiqamətində aparılan
araşdırmalara işıq
saçan bir tədqiqatdır. Əsər Qriqorian
kilsəsinin Səfəvi
dövlətinə qarşı
apardığı casusluq,
dağıdıcılıq işlərinin aşkar edilməsi istiqamətində
elmi, ictimai və dövlətçilik
baxımdan son dərəcə
qiymətlidir. Bu gün gənc nəsil bu kitablardan
əsl Azərbaycan tarixini öyrənəcəklər.
Onlar Ermənistan-Azərbaycan
münasibətlərinin təkcə
bu günü ilə deyil, həmçinin dünəni
ilə də tanış olacaqlar. Bu günün
nəticələrini dünənki
günlə əlaqələndirərək
gələcəyimiz üçün
müəyyən nəticələr
çıxaracaqlar”.
Tədbirdə çıxış edən
ADU-nun azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının
professorları Solmaz Rüstəmova-Tohidi, Niyazi
Mehdi, "Rusiyaşünaslıq
mərkəzi” elmi-tədqiqat
laboratoriyasının müdiri,
professor Məmməd Əliyev
və başqaları
akademik Ramiz Mehdiyevin mötəbər
elmi-tarixi mənbələr
əsasında yazdığı
yeni əsərinin çox maraqlı və aktual mövzuya həsr olunduğunu bildiriblər. Çıxışlarda qeyd edilib ki,
bu əsərdə Qriqorian kilsəsinin Səfəvilər dövlətinə
qarşı apardığı
pozucu kəşfiyyat və siyasi-ideoloji fəaliyyət geniş işıqlandırılır. Əsər, həmçinin Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsinin obyektiv
araşdırılması üçün
böyük əhəmiyyət
kəsb edir.
Sonra kitabla bağlı müzakirələr aparılıb.
Azərbaycan.- 2018.- 26 dekabr.- S.8.