Türkiyə və Azərbaycan hər keçən gün bir -birinə daha da yaxınlaşır

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Cənab Prezident, Əziz Qardaşım.

Doğum gününüz münasibətilə Zati-alinizi xalqım, hökumətim adından və şəxsən öz adımdan ən səmimi hisslərlə və arzularla təbrik edirəm.

Bir tərəfdən öz gücünü ortaq dil, tarix və mədəniyyətimizdən alan qardaşlıq əlaqələrimizin, digər tərəfdən də Azərbaycan Respublikasının qətiyyətli rəhbərliyinizlə gündən-günə inkişaf edərək gücləndiyini məmnunluqla müşahidə edirəm. Türkiyə Respublikası və Azərbaycan Respublikası hər keçən gün bir-birinə daha da yaxınlaşmaqda və əlaqələrimiz güclənməkdədir.

Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Silahlı Qüvvələrinin, Azərbaycan Milli Məclisinin və Qafqaz İslam Ordusunun 100-cü ildönümünü qeyd etdiyimiz bu ildə strateji tərəfdaşlıq səviyyəsindən də daha yüksək səviyyəyə çatdırdığımız əlaqələrimizin rəmzi olan TANAP və "Starneft emalı zavodu kimi böyük layihələri həyata keçirməyimizdə Zati-alinizin uzaqgörən liderliyininmühüm töhfələrinin oynadığı rolu son dərəcə əhəmiyyətli hesab etdiyimi bildirmək istəyirəm.

Zati-alinizə yeni yaşınızda cansağlığı və xoşbəxtlik diləyir, dostqardaş Azərbaycan xalqına sülh, rifah və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

 

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Respublikasının Prezidenti

 

Azərbaycan.- 2018.- 26 dekabr.- S.1.