Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Sizin sayənizdə Azərbaycanın beynəlxalq əlaqələri genişlənir, beynəlxalq arenada Vətənimizin mövqeləri möhkəmlənir, Azərbaycan iqtisadiyyatının inkişafı üçün bir sıra mühüm investisiya layihələri həyata keçirilir. Dövlət qurumlarında da mühüm dəyişikliklər baş verir, korrupsiyaya qarşı hər sahədə mübarizə gedir, dövlət idarəçiliyi sistemi təkmilləşdirilir.
Hələ görüləsi işlər çoxdur, lakin biz əminik ki, Sizin bütün ideyalarınızı həyata keçirməyə gücünüz çatacaq.
Hörmətli İlham Heydər oğlu, icazə verin bu əlamətdar gündə Sizə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Azərbaycan Klubunun bütün üzvləri adından ən xoş arzularımı bildirim. Sizə möhkəm cansağlığı, etibarlı və sədaqətli həmməsləklər və böyük səadət diləyirəm.
Ən xoş arzularla,
Murad Məmmədov
Rusiya Xarici İşlər Nazirliyinin
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun
Azərbaycan Klubunun sədri
Azərbaycan.-
2018.- 27 dekabr.- S.3.