Prezident İlham
Əliyevdən daha bir töhfə
Vətəndaşlarımızın sosial məsələlərinin
həllinə yüksək
diqqət və qayğı prioritetdir
Dekabrın 26-da Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı şəhəri Dairəvi
avtomobil yolunu Şərifzadə küçəsi
ilə birləşdirən
yeni yolun, həmçinin Mənzil İnşaatı Dövlət
Agentliyinin Yasamal yaşayış kompleksinin
açılışında iştirak edib, Agentliyin yeni yaşayış kompleksinin
təməlini qoyublar.
AZƏRTAC xəbər
verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolda görülən
işlər barədə
Prezident İlham Əliyevə məlumat verdi.
Qeyd edək ki, bu
yolun inşası Prezident İlham Əliyevin 2018-ci ilin yanvarında imzaladığı
Sərəncama əsasən
aparılıb. Bu ilin fevral ayında tikintisinə başlanılan
yeni yolun uzunluğu 1310, eni 18,5 metrdir. Yol birinci
texniki dərəcəyə
uyğun inşa edilib və 4 hərəkət zolağından
ibarətdir.
Tikinti layihəsinə uyğun olaraq yeni yol
yatağı inşa edilib. Yolun tikintisi zamanı
elektrik, rabitə, qaz xətləri dəyişdirilib, transformator
məntəqələri köçürülərək
yenidən tikilib.
Yolboyu işıqlandırma sistemi,
yol nişanları, göstərici lövhələr
quraşdırılıb. Bu yolun inşası
nəticəsində Bakı
Dairəvi avtomobil yolu ilə Abbas
Mirzə Şərifzadə
küçəsi arasında
yeni bağlantı yaranıb. Beləliklə nəqliyyat vasitələri
Badamdar şossesindən
istifadə etmədən
birbaşa Şərifzadə
küçəsinə və
Bakı Dairəvi yoluna çıxa biləcək. Bakı Dairəvi
avtomobil yolundan isə nəqliyyat vasitələri istər Ələt-Qazax, istərsə
də Biləcəri-Sumqayıt
istiqamətlərinə rahat
hərəkət edə
bilər. Bu isə
öz növbəsində,
sürücülərin və
sərnişinlərin əlavə
yol qət etmədən və vaxt itkisi olmadan
ünvana çatmasına,
Badamdar şossesi,
"20 Yanvar” dairəsi
və "Şamaxı
yolu” deyilən ərazidə xüsusən
günün pik saatlarında nəqliyyat sıxlığının azalmasına
müsbət təsir
edəcək. Bundan başqa,
Mənzil İnşaatı
Dövlət Agentliyinin
Yasamal yaşayış
kompleksinin sakinlərinin
rahat hərəkətinin
təmin edilməsi, onların şəhərin
müxtəlif istiqamətlərinə
çıxışı baxımından
da yeni yol
əhəmiyyəti ilə
seçilir.
Dövlətimizin başçısı yeni
yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonra xatirə şəkli çəkdirildi.
***
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mənzil İnşaatı Dövlət
Agentliyinin Yasamal yaşayış kompleksinin
açılışında iştirak etdilər.
Mənzil İnşaatı
Dövlət Agentliyinin
İdarə Heyətinin
sədri Sadiq Sadıqov görülən
işlər barədə
məlumat verdi.
Qeyd edək ki, layihələndirmə
zamanı komplekslərdə
həyətyanı sahələrin,
uşaq meydançalarının
olmasına, ərazilərin
yaşıllaşdırılması və abadlaşdırılmasına
xüsusi diqqət yetirilir. Dövlət tikinti normativlərinə
əsasən, yaşayış
binalarının tikintialtı
sahəsi ümumi ərazinin 40 faizinə qədər hissəsini əhatə edə bilər. Açılışı
olan Yasamal yaşayış kompleksinin
ümumi sahəsi 11,6 hektardır. 2016-cı ilin dekabrında
kompleksin ilk doqquzmərtəbəli
yaşayış binasının
və ərazidə yerləşən ümumtəhsil
məktəbinin binasının
təməli qoyulub.
Ərazidə planlaşdırma sənədi üzrə
29 yaşayış binası
inşa olunub. Bu binalardan 12-si 12 mərtəbəli, 17-si 9 mərtəbəlidir.
Kompleksdə mənzillərin ümumi sayı 1843 ədəddir. Burada
324 birotaqlı, 1052 ikiotaqlı,
467 üçotaqlı mənzil
var. Birotaqlı mənzillərin
sahəsi 34, ikiotaqlı
mənzillərin sahəsi
58, üçotaqlı mənzillərin
sahəsi isə 71 kvadratmetrə yaxındır.
Mənzillər tam təmirli, mətbəx
mebeli və qaz plitəsi, fərdi kombi sistemi ilə təchiz olunmuş vəziyyətdə
vətəndaşlara təklif
edilir. Kompleksin baş planı üzrə 5 binada bu ilin sentyabrında
"Elektron hökumət”
portalı üzərindən
"Güzəştli mənzil”
sistemi vasitəsilə
324 mənzil satışa
çıxarılıb. Bu
mənzillərdən 278-nin alqı-satqısı artıq
başa çatıb.
Onu da deyək ki,
mənzillərin təmiri
və kompleksin tikintisində istifadə olunan inşaat materiallarının 95 faizi
yerli istehsaldır. İnşaat işləri zamanı burada 1500-ə yaxın işçi çalışıb.
Kompleksin nəqliyyat infrastrukturunun yaradılması da diqqət mərkəzindədir. Ərazi paytaxtın
əsas nəqliyyat şəbəkəsinə və
metronun "İnşaatçılar”
stansiyasına yaxındır.
Bakı Nəqliyyat Agentliyi tərəfindən yaşayış
kompleksinə şəhərin
4 müxtəlif istiqamətində
marşrut xətlərinin
açılması nəzərdə
tutulub.
Bu layihənin
icrası Prezident İlham Əliyevin vətəndaşlarımızın sosial məsələlərinin
həllinə yüksək
diqqət və qayğı ilə yanaşmasının növbəti
təzahürüdür. Vətəndaşların mənzil-məişət şəraitini
yaxşılaşdırmaq, ekoloji və enerji səmərəliliyi
tələblərinə cavab
verən müasir memarlıq üslubunda çoxmənzilli yaşayış
binalarının tikintisini
təmin etmək baxımından bu layihə əhəmiyyəti
seçilir.
***
Kompleksin ərazisində 161 saylı
tam orta məktəbin
binası da inşa edilib.
Dövlətimizin başçısı
və birinci xanım burada yaradılan şəraitlə
tanış oldular.
Təhsil naziri Ceyhun Bayramov məlumat verdi ki, 960 şagird yerlik tam orta məktəbdə 36 sinif otağı var. Onlardan
15-i ibtidai, 21-i isə
yuxarı sinif şagirdləri üçündür.
Siniflərin hamısı zəruri
tədris avadanlığı
ilə təchiz olunub. Burada, həmçinin 6 tədris laboratoriyası şagirdlərin istifadəsinə
veriləcək.
Bu təhsil
ocağında yaradılan
şərait son illərdə
Prezident İlham Əliyevin rəhbərliyi
ilə ölkədə
təhsil sahəsində
aparılan islahatların
uğurlu nəticələrinin
əyani göstəricisidir. Bütün bunlar
Azərbaycanda təhsil
sferasının keyfiyyətcə
yeni mərhələyə
qədəm qoyması
ilə nəticələnib.
Yeni məktəb binalarının
inşası, mövcud
təhsil müəssisələrinin
əsaslı şəkildə
yenidən qurulması
ölkəmizdə təhsil
sahəsinin müasirləşdirilməsi
istiqamətində aparılan
işlərin tərkib
hissəsidir. Bütün bu
işlər həm də onu göstərir
ki, Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət
qayğısı var. Bu da,
təsadüfi deyil.
Çünki dövlətin yürütdüyü
siyasətin prioritetlərindən
biri də insan kapitalının daha da inkişaf
etdirilməsi, gənc
nəslin müasir, intellektual və savadlı yetişməsidir.
Bu baxımdan təhsil sahəsinə qoyulan investisiyalar, o cümlədən yeni-yeni
məktəb binalarının
inşası, mövcud
təhsil müəssisələrində
yeni korpusların tikilməsi və əsaslı təmiri mühüm əhəmiyyət
kəsb edir.
***
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin ərazisində inşa edilən 240 yerlik uşaq bağçasında
yaradılan şəraitlə
tanış oldular.
Məlumat verildi ki, bağçadakı
qrup, məşğələ
və oyun otaqları zəruri avadanlıqla təchiz edilib. Uşaqların gün ərzində
dolğun və keyfiyyətli qidalanması
üçün burada
yeməkxana yaradılıb.
Bağçada yaradılan şərait
uşaqların təlim-tərbiyəsi
ilə yüksək səviyyədə məşğul
olmağa imkan verir, həmçinin onların bilikli və zəngin dünyagörüşünə malik bir vətəndaş
kimi yetişməsində
mühüm rol oynayır. Belə müasir körpələr
evi-uşaq bağçalarının
inşasına Heydər
Əliyev Fondu da mühüm töhfələr verir.
Bağçanın yerləşdiyi ərazidə
genişmiqyaslı abadlıq-quruculuq
və yaşıllıq
işləri görülüb.
Həyətdə uşaqların əylənməsi
üçün də
müxtəlif attraksionlar
quraşdırılıb.
***
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni yaşayış kompleksinin ümumi sahəsi 15,4 hektar olacaq növbəti
mərhələsinin təməlqoyma
mərasimində iştirak
etdilər.
Bildirildi ki, kompleksdə 40 yaşayış binasının
inşası nəzərdə
tutulub. Onlardan 22-si 9 mərtəbəli, 18-i
12 mərtəbəli olacaq.
Bu kompleksdə 160 birotaqlı,
114 studio tipli, 674 ikiotaqlı,
1128 üçotaqlı, 126 dördotaqlı mənzil tikiləcək. Binalar üzrə mənzillərin
ümumi sayı 2200-dən
çoxdur. Bu mənzillər də tam təmirli, mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara
təklif ediləcək.
Prezident İlham Əliyev yeni yaşayış kompleksinin təməlini qoydu.
Yaşayış binaları
ilə yanaşı, ərazidə sosial-məişət
obyektləri, uşaq oyun meydançaları, 3 uşaq bağçası,
1200 şagird yerlik tam
orta məktəb binasının inşası
da nəzərdə tutulur. Yaşayış kompleksi üzrə
bütün lazımi
infrastruktur yaradılacaq.
Azərbaycan. - 2018.- 27 dekabr.- S.1-2.