Sakinlərin və şəhərimizə gələn
qonaqların rahatlığı üçün
müasir istirahət guşələri
yaradılır
Dekabrın 26-da Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yasamal rayonunun Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani küçəsində
yerləşən istirahət
parkında yenidənqurmadan
sonra yaradılan şəraitlə tanış
olublar.
AZƏRTAC xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda aparılan yenidənqurma və abadlıq işləri barədə məlumat verdi.
Bildirildi ki, bu istirahət parkı müasir səviyyədə yenidən qurulub. Ümumilikdə, 1,7 hektar ərazidə abadlıq işləri aparılıb, 9 min kvadratmetr sahədə yaşıllıq salınıb. Parkda suvarma və işıqlandırma sistemləri quraşdırılıb, gəzinti meydançaları salınıb, oturacaqlar qoyulub, dekorativ hasar çəkilib. Bu istirahət məkanında çay evi, kafe, gənclər evi, internet klub, qocalar evi inşa olunub. Burada, həmçinin idman və uşaq əyləncə qurğuları və fəvvarə də quraşdırılıb.
Prezident
İlham Əliyevin
tapşırığı ilə son
dövrlərdə Bakı şəhərində parklar və xiyabanlar əsaslı
şəkildə yenidən qurulur, yeni park, xiyaban
və istirahət guşələri yaradılır. Bütün bunlar sakinlərin
və şəhərimizə gələn qonaqların
rahatlığı üçün müasir istirahət guşələrinin
yaradılması istiqamətində reallaşdırılan
layihələrin davamıdır. Yeni park,
istirahət məkanı və guşələrinin
yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun
qurulması paytaxtımızı dünyanın ən gözəl
şəhərlərindən birinə çevirmək üçün görülən məqsədyönlü
işlərdəndir. Yenidən qurulan
bu park da
Bakı şəhərinin simasının daha
da gözəlləşməsi
baxımından olduqca əhəmiyyətlidir.
Yeni park və
xiyabanların salınması ölkəmizdə aparılan geniş abadlıq-quruculuq işlərinin daha bir nümunəsidir. Bu cür layihələrin
icrası bir daha sübut edir ki, paytaxtımızın
abadlaşdırılması istiqamətində görülən
işlər ardıcıl şəkildə və yüksək
keyfiyyətlə davam etdirilir.
Azərbaycan.- 2018.- 27 dekabr.- S.2.