Təcrübəli və uzaqgörən siyasi xadim, həqiqi lider
Vladimir Putinin təbriki İlham
Əliyevin dünyadakı yüksək nüfuzunun
növbəti təsdiqidir
Bu günlərdə Prezident İlham Əliyevin ünvanına doğum günü ilə əlaqədar təbriklər gəlməkdə davam edir. Dövlət başçısını təbrik edənlər kifayət qədər çoxdur. Onların arasında dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin, siyasi-ictimai, o cümlədən din xadimlərinin, elm adamlarının, iqtisadçıların səmimi təbriklərini görmək mümkündür. Hər bir təbrik Prezident İlham Əliyevin şəxsiyyətinə olan yüksək ehtiramdan, dövlət başçısının sayılıb-seçilən siyasi xadim olmasından xəbər verir.
Rusiya Prezidenti
hər kəsi təbrik etmir
Prezident İlham Əliyevi təbrik edənlər arasında Rusiya Federasiyasının Prezidenti
Vladimir Putin də var. Diqqəti
çəkən məqam
odur ki, Vladimir Putin həm də İlham Əliyevi ilk təbrik edənlərdəndir. İlk növbədə
bu faktın özü Azərbaycan Prezidentinin dövlət başçıları arasındakı
yüksək nüfuzunun
ən bariz təsdiqidir. Rusiya kimi
supergücün rəhbərinin
bu diqqətini başqa cür dəyərləndirmək də
mümkün deyil.
Bu yerdə onu
xatırladaq ki, Rusiya Prezidenti hətta seçkilərdə
qələbə qazanan
hər dövlət və ya hökumət
başçısını təbrik etmir.
Azərbaycan Prezidentinə
doğum günü münasibətilə səmimi
təbriklərini çatdıran
Vladimir Putinin məktubunda
yazılır: "Siz
həmvətənləriniz arasında və xaricdə haqlı olaraq təcrübəli və uzaqgörən siyasi xadim, öz
ölkəsinin həqiqi
lideri kimi nüfuz qazanmısınız”.
Əlbəttə, Rusiya kimi beynəlxalq münasibətlərdə
özünün xüsusi
yeri və ağır çəkisi
olan bir dövlətin rəhbərinin
Prezident İlham Əliyevi təcrübəli
və uzaqgörən
siyasi xadim, öz ölkəsinin həqiqi lideri kimi xarakterizə etməsi olduqca qürurvericidir. Vladimir
Putin kifayət qədər
təcrübəli rəhbər
və siyasətçidir.
Elə buna görə də reallıqdan çıxış edərək
hər dövlət başçısı və
hər siyasi xadim haqqında bu cür fikirlər
işlətmir. Eyni zamanda
böyük dövlətin
başçısı olması
və yüksək nüfuzu bir çox hallarda onun məsafə saxlamasını şərtləndirir.
Lakin Azərbaycan Prezidenti İlham Əliyevə münasibətdə Vladimir Putinin
yanaşması tamamilə
fərqlidir. Və bu
yanaşma ilk növbədə
dövlət başçıları
arasındakı səmimiyyətə,
Vladimir Putinin Azərbaycan
Prezidentinin nüfuzuna
və şəxsiyyətinə
olan yüksək ehtiramına əsaslanır.
Eyni zamanda Azərbaycanın inkişafı, müstəqil
siyasəti, beynəlxalq
məsələlərdəki qətiyyətli mövqeyi
və Rusiya ilə əlaqələrə
xüsusi diqqətlə
yanaşması Vladimir Putinin
qənaətini formalaşdıran
əsas məqamlardır. Məlumdur ki,
ölkənin inkişafını,
nüfuzunu, dünyada
qazandığı etimadı
və digər bu kimi xüsusiyyətlərini
göstərən cəhətlərdən
biri onun yeritdiyi siyasətin məzmun və mahiyyətidir. Hər bir
ölkə dünya birliyinin subyekti olaraq həm özünün milli maraqlarına cavab verən, həm də müstəqil siyasət həyata keçirmək istəyir.
Amma heç də hamısı buna nail
ola bilmir. Prezident İlham Əliyev isə lider qətiyyəti ilə Azərbaycanın tamamilə
müstəqil, eyni zamanda beynəlxalq mövqelərinin möhkəmlənməsinə
və inkişafına
hesablanmış siyasət
yeridir. Dövlət başçısının düşünülmüş, məqsədyönlü fəaliyyəti
ölkəmizdə milli
birliyin, sabitliyin daha da möhkəmlənməsinə,
Azərbaycanın regional və
beynəlxalq miqyasda nüfuzunun daha da artmasına gətirib çıxarıb.
Uğurla reallaşan bu
siyasətin nəticəsi
olaraq dünya birliyi Azərbaycana və onun Prezidentinə
böyük hörmət
və rəğbətlə
yanaşır. Və bu
rəğbət və
ehtiram Vladimir Putinin İlham Əliyevə təbrikinin ilk sətirlərindən
aydın görünür.
Rusiyanın Cənubi
Qafqazda əsas tərəfdaşı Azərbaycandır
Qeyd etdiyimiz kimi, Vladimir Putin təcrübəli siyasətçidir. Ona görə
kimin münasibətlərdə
səmimi və kimin qeyri-səmimi olduğunu da qiymətləndirməyi bacarır.
Bu mənada onun təbrikində İlham Əliyevə xitabən yer alan
"Dövlətlərimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə Sizin şəxsi töhfəniz əvəzsizdir”
ifadəsi isə Azərbaycan Prezidentinin Rusiya ilə münasibətlərdəki səmimiyyətinə
və tərəfdaşlıq
əlaqələrinin inkişafındakı
qətiyyətinə verilən
səmimi qiymətdir.
Bununla yanaşı, bu sözləri ilə
Vladimir Putin Azərbaycan-Rusiya münasibətlərinin strateji
səviyyəyə yüksəlməsini
növbəti dəfə
bəyan etmiş oldu.
Azərbaycanla Rusiya arasında əlaqələr son dövrlərdə
daha da möhkəmlənən
dövlətlərarası münasibətlərə, dostluğa,
mehriban qonşuluğa
əsaslanır.
Münasibətlər beynəlxalq əməkdaşlıqdan
tutmuş iqtisadi və hərbi sahələrə qədər
geniş spektri əhatə edir, müxtəlif sahələrdə
iki yüzə yaxın sənəd imzalanıb. Mübaliğəsiz demək olar
ki, bu gün
Azərbaycan-Rusiya münasibətləri
dinamik yüksəliş
mərhələsindədir. İki ölkə ictimai-siyasi, ticari-iqtisadi və humanitar sahələrdə
sıx əməkdaşlıq
edir. Rusiyanın subyektləri ilə
Azərbaycanın regionlararası
əlaqələri səmərəli
və dinamik inkişaf yolundadır.
Başa çatmaqda
olan 2018-ci il
Azərbaycan-Rusiya münasibətlərinin
inkişafında uğurlu
mərhələdir. Bu il Azərbaycan və Rusiya prezidentlərinin qarşılıqlı
səfərləri və
6 dəfə görüşmələri
iki ölkə arasında bərabərhüquqlu
və qarşılıqlı
faydalı əməkdaşlığın
daha da genişlənməsinə
güclü təkan verib. Bu səfərlər
və görüşlər
çərçivəsində ikitərəfli əlaqələrin
perspektivləri müzakirə
edilib, beynəlxalq və regional məsələlərə
dair fikir mübadiləsi aparılıb.
Ən əsası səfərlərin hər
biri münasibətlərin
strateji xarakterini, iki ölkənin dost və tərəfdaş olduğunu təsdiqləyib.
Bu günlərdə
"Rossiya-24” telekanalına müsahibəsində Prezident
İlham Əliyev bu il Azərbaycan-Rusiya münasibətlərinin
sürətlə inkişaf
etdiyini bildirib: "Bu
il Rusiya-Azərbaycan münasibətləri çox
sürətlə inkişaf
edib. Bizim münasibətlərimiz prinsipcə çox dinamik inkişafla, sabitliklə, davamlı olması ilə səciyyələnir. Biz mehriban qonşu və etibarlı dostuq. Bu, dəfələrlə
sübut olunub və budur, bu yüksək etimad səviyyəsi, ilk növbədə, həm də siyasi qarşılıqlı fəaliyyət
bir çox layihələrin həyata
keçirilməsinə kömək
edir”.
Vladimir Putin də
məhz bundan çıxış edərək
Prezident İlham Əliyevə təbrikində
"Bizim aramızda yaranmış münasibətləri
yüksək qiymətləndirirəm.
Sizinlə konstruktiv dialoqun
və sıx birgə işin davam edəcəyinə ümid bəsləyirəm”
deyə qeyd edib. Bu fikirləri
Vladimir Putinin Azərbaycan-Rusiya
münasibətlərinə münasibəti kimi də dəyərləndirmək
olar. Çünki Prezident İlham
Əliyevə dərin
ehtiramını diqqətə
çatdıran Vladimir Putin həm də dövlətlərarası əlaqələrin
inkişafından və
səviyyəsindən razılığını
ifadə edib.
Onu da əlavə edək ki, Vladimir Putin İlham Əliyevə həm də zəng edərək ad günü münasibətilə təbrik edib, prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. Söhbət zamanı qeyd edilib ki, 2018-ci il Azərbaycan-Rusiya dostluq əlaqələrinin tarixində çox məhsuldar il olub, dövlət başçılarının qarşılıqlı səfərləri, beynəlxalq tədbirlər çərçivəsində çoxsaylı təmaslar əlaqələri daha da yüksək səviyyəyə qaldırıb. Prezidentlər öz əminliklərini bildiriblər ki, 2019-cu ildə də ikitərəfli münasibətlərdə müsbət dinamika davam etdiriləcək və Azərbaycan-Rusiya strateji tərəfdaşlıq əlaqələri daha da yüksələcək.
Göründüyü kimi, Azərbaycan-Rusiya münasibətləri hər iki tərəfin yüksək siyasi iradəsi ilə ildən-ilə daha da genişlənir. Bütövlükdə isə Vladimir Putinin
İlham Əliyevə təbriki və zəngi ona dəlalət edir ki, Rusiya Cənubi Qafqazdakı əsas tərəfdaşının Azərbaycan olduğunu qəbul edir və bunu yüksək qiymətləndirir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2018.- 27 dekabr.-
S.1; 5.