Binəqədi rayonunda
abadlıq-quruculuq işlərinin davam
etdirilməsi ilə bağlı əlavə tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.
Binəqədi rayonunda abadlıq-quruculuq tədbirlərinin
davam etdirilməsi, o cümlədən Ayna Sultanova adına
parkda yenidənqurma işlərinin aparılması məqsədilə
Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Binəqədi Rayon İcra Hakimiyyətinə
1,5 milyon (bir milyon beş yüz min) manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 28 dekabr
2018-ci il
Azərbaycan.-2018.- 29 dekabr.- S.2.