Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

"Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 7, maddə 599; 2010, ¹ 4, maddə 276, ¹ 10, maddə 841; 2013, ¹ 11, maddə 1302; 2014, ¹ 4, maddə 342; 2015, ¹ 8, maddə 903, ¹ 12, maddə 1439; 2016, ¹ 2, II kitab, maddə 221; 2017, ¹ 2, maddə 140, ¹ 12, I kitab, maddə 2211; 2018, ¹ 1, maddə 22) aşağıdakı dəyişikliklər edilsin:

1. 6.5-ci və 21.1-ci maddələrdə ismin müvafiq hallarında "Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı” sözləri ismin müvafiq hallarında "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

2. 27.3-cü maddənin dördüncü cümləsində və 59-cu maddədə "müvafiq icra hakimiyyəti orqanı” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 noyabr 2018-ci il

Azərbaycan.-2018.- 29 dekabr.- S.6.