Azərbaycan
Respublikasının Gömrük Məcəlləsində
dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci
bəndini rəhbər tutaraq qərara alır:
Maddə
1. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 9,
maddə 787; 2014, ¹ 10, maddə 1155, ¹ 11, maddə 1368; 2016, ¹ 11,
maddə 1791; 2017, ¹ 3, maddə 339, ¹ 7, maddə 1303, ¹ 8, maddə
1510; 2018, ¹ 1, maddə 30; Azərbaycan Respublikasının
2018-ci il 30 oktyabr tarixli 1294-VQD nömrəli Qanunu) aşağıdakı
dəyişikliklər edilsin:
1.1.
13-1.2-ci maddəyə "istifadə qaydaları” sözlərindən
sonra ", o cümlədən xarici ticarət
iştirakçılarının "Yaşıl dəhliz”
buraxılış sistemindən daimi istifadə hüququnu əldə
etməsi, həmin hüququn dayandırılması, ləğvi
və bərpası qaydası” sözləri əlavə
edilsin;
1.2.
113.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"113.1.
Fiziki şəxslər tərəfindən gömrük sərhədindən
kommersiya məqsədləri üçün nəzərdə
tutulmayan malların keçirilməsi halları istisna olmaqla,
mallar gömrük ərazisinə gətirilməzdən əvvəl
gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi
verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin
inzibati məsuliyyətinə səbəb olur, lakin
gömrük rəsmiləşdirilməsinin və malların
buraxılışının həyata keçirilməsinə
mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq
standartlar və ticarət təcrübəsi nəzərə
alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən
edir.”;
1.3.
113.3-cü maddənin birinci cümləsi
çıxarılsın;
1.4.
114.2-ci maddə ləğv
edilsin.
Maddə 2. Bu qanun
2019-cu il fevralın 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr
2018-ci il
Azərbaycan.-2018.-
29 dekabr.- S.6.