“Azərbaycan
Respublikasının Vergi Məcəlləsində
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 30 noyabr tarixli 1374-VQD nömrəli
Qanununun tətbiqi və “Azərbaycan
Respublikası Vergi Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan
Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının Vergi
Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2018-ci il 30 noyabr tarixli 1374-VQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası
qanunlarının və
Azərbaycan Respublikası
Prezidentinin aktlarının
"Azərbaycan Respublikasının
Vergi Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını
üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin qanundan
irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan
Respublikasının Vergi
Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. "Azərbaycan Respublikası
Vergi Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan
Respublikası Qanununun
və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 30
avqust tarixli 393 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 8 (III kitab), maddə
616; 2005, ¹ 12, maddə 1099; 2006, ¹ 5, maddə 400, ¹ 12, maddə
1034; 2007, ¹ 4, maddə 323, ¹ 12, maddə 1225; 2008, ¹ 11, maddə
972; 2009, ¹ 3, maddə 163, ¹ 4, maddə 226, ¹ 10, maddə
780; 2010, ¹ 7, maddə 610; 2011, ¹ 7, maddə 631; 2013, ¹ 7, maddə
805, ¹ 11, maddə 1324; 2014, ¹ 4, maddə 359, ¹ 5, maddə 477,
¹ 9, maddə 1027, ¹ 10, maddə
1198, ¹ 11, maddələr 1390, 1420; 2015, ¹ 1,
maddə 12, ¹ 12, maddə
1454; 2016, ¹ 2 (II kitab), maddələr
261, 265, ¹ 3, maddə 450, ¹ 5, maddə 882, ¹ 6, maddələr
1023, 1024, 1042, 1065, ¹ 7, maddə 1257, ¹ 9, maddə 1464, ¹ 11, maddə
1838, ¹ 12, maddə 2089; 2017, ¹ 5, maddələr 760, 811, 845, ¹ 7, maddə
1344, ¹ 8, maddə 152, ¹ 9, maddələr
1830, 1843; Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 20
dekabr tarixli 414 nömrəli Fərmanı)
aşağıdakı dəyişikliklər
edilsin:
3.1. 1.1-ci
bənddə "və
207.7-ci (hər iki halda) maddələrində”
sözləri ", 207.7-ci (hər iki halda)
maddələrində, 221.4.7-ci maddəsinin birinci cümləsində və
221.4.13-cü maddəsinin birinci
və ikinci hissələrində” sözləri
ilə əvəz edilsin;
3.2. 1.19-1-ci bənddə "(birinci halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini” sözləri "maddəsinin birinci cümləsində "orqan (qurum)” dedikdə” sözləri ilə, "həyata keçirir” sözləri "nəzərdə tutulur” sözləri ilə əvəz edilsin və həmin bənddən "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın;
3.3.
1.19-2-ci bənddə "birinci abzasında və ikinci
abzasında (birinci halda) nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini”
sözləri "birinci və ikinci hissələrində
"orqan (qurum)” dedikdə” sözləri ilə, "həyata
keçirir” sözləri "nəzərdə tutulur”
sözləri ilə əvəz edilsin və həmin bənddən
"Azərbaycan Respublikasının Nazirlər Kabineti
yanında” sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
27 dekabr 2018-ci il
Azərbaycan.-2018.- 29 dekabr.- S.6.