Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1375-VQD nömrəli Qanununun tətbiqi və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, "Avtomobil nəqliyyatı haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1375-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikası Prezidentinin aktlarının "Avtomobil nəqliyyatı haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının normativ xarakterli aktların "Avtomobil nəqliyyatı haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. "Avtomobil nəqliyyatı haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 7, maddə 610; 2009, ¹ 10, maddə 779; 2016, ¹ 4, maddə 661, ¹ 6, maddə 1064, ¹ 11, maddə 1840; 2017, ¹ 6, maddə 1083) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"2.1. "Avtomobil nəqliyyatı haqqındaAzərbaycan Respublikası Qanununun 6.5-ci, 21.1-ci maddələrində, 27.3-cü maddəsinin dördüncü cümləsində 59-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”

3.2. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

"2.1-1. həmin qanunun 7.7-ci, 9.2-ci, 14.1-1.1-ci 14.1-1.4-cü maddələrində, 15.5-ci maddəsinin ikinci cümləsində, 18-ci, 21.7-ci, 21-1.4-cü, 26.3-cü maddələrində, 27.3-cü maddəsinin birinci cümləsində 48.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;”;

3.3. 2.2-1-ci bənddə "nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinisözləri "orqan (qurum)” dedikdəsözləri ilə, "dayanacaq məntəqələrinə avtomobil duracaqlarına, habelə yerüstü yeraltı keçidlərə xüsusi operativ nəqliyyat vasitələri üçün əlavə yollarasözləri "yeraltı keçidlərə, metro çıxışlarına velosiped zolaqlarınasözləri ilə, "həyata keçirirsözləri "nəzərdə tutulursözləri ilə əvəz edilsin həmin bənddən "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanındasözləri çıxarılsın;

3.4. 2.2-2-ci və 2.2-3-cü bəndlərdə "nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini” sözləri "orqan (qurum)” dedikdə” sözləri ilə, "həyata keçirir” sözləri "nəzərdə tutulur” sözləri ilə əvəz edilsin və həmin bəndlərdən "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın;

3.5. 2.4-cü bənddə "müvafiq icra hakimiyyəti orqanı” sözləri "orqan (qurum)” sözləri ilə əvəz edilsin və həmin bənddən "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2018-ci il

Azərbaycan.-2018.- 29 dekabr.- S.6.