“Azərbaycan
Respublikasının Gömrük Məcəlləsində
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 28 dekabr tarixli 1431-VQD nömrəli
Qanununun tətbiqi və “Azərbaycan
Respublikası Gömrük Məcəlləsinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə”
Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq "Azərbaycan
Respublikasının Gömrük
Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2018-ci il 28 dekabr tarixli 1431-VQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası
qanunlarının və
Azərbaycan Respublikası
Prezidentinin aktlarının
"Azərbaycan Respublikasının
Gömrük Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını
üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin qanundan
irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan
Respublikasının Gömrük
Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Gömrük
Məcəlləsinin 113.1-ci maddəsinin üçüncü
cümləsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Nazirlər Kabineti Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla həyata
keçirir.
4.
"Azərbaycan Respublikası Gömrük Məcəlləsinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 9,
maddə 793; 2014, ¹ 5, maddə 477, ¹ 9, maddə 1027, ¹ 10, maddə
1194; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 3, maddə 384, ¹ 5, maddə
761, ¹ 7, maddələr 1322, 1335, ¹ 8, maddə 1521; 2018, ¹ 5, maddə
906, ¹ 9, maddə 1844) 28.4-cü bəndində ", 113.1-ci
maddələrində, 113.3-cü maddəsinin ikinci cümləsində”
sözləri "maddələrində, 113.1-ci maddəsinin
üçüncü cümləsində, 113.3-cü”
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 dekabr 2018-ci il
Azərbaycan.-2018.- 29 dekabr.- S.6.