2018-ci il ərzində “Azərişıq” ASC tərəfindən geniş yenidənqurma işləri aparılıb

 

 

Sabunçu rayonunun elektrik təchizatının yaxşılaşdırılması üçün 110/35/10 kV-luq "Bakıxanov” yarımstansiyasında yenidənqurma işləri aparılmış, yarımstansiyada yeni 35 və 10 kV-luq paylayıcı qurğular inşa edilərək eleqazvakuum tipli elektrik avadanlıqlarla təchiz olunmuş, 110/35/10 kV-luq 2x25 MVA gücündə transformatorlar 2x40 MVA gücündə transformatorlarla əvəz edilmişdir.

Xəzər rayonu Şüvəlan qəsəbəsində istilik kompleksinin 35/10 kV-luq 10 MVA gücündə, Türkan qəsəbəsində gülçülük kompleksinin 35/6 kV-luq 2x16 MVA gücündə 409 saylı, Qaradağ rayonunda 35/6 kV-luq 2x10 MVA gücündə 505 saylı, Abşeron rayonunda 35/6 kV-luq 10 MVA gücündə 506 saylı yarımstansiyalar inşa edilmişdir. "Bakı şəhər” şəhərsalma layihəsi çərçivəsində 110/35/10 kV-luq 2x50 MVA gücündə " şəhər-2” yarımstansiyası, 35/0,4 kV-luq 2 ədəd transformator məntəqəsi inşa edilmişdir. " şəhər-1” və " şəhər-2” yarımstansiyaları arasında ikidövrəli 14,4 km uzunluğunda 110 kV-luq kabel xətləri çəkilmişdir.

Qəbələ rayonunda 110/35/10 kV-luq 2x40 MVA gücündə "Qəbələ”, İsmayıllı rayonunda 110/35/10 kV-luq 2x16 MVA gücündə "İsmayıllı”, 110/35/10 kV-luq 10 MVA gücündə "Topçu”, Ağdaş rayonunda 110/35/10 kV-luq 2x25 MVA gücündə "Ağdaş”, Ağcabədi rayonunda 110/35/10 kV-luq 2x25 MVA gücündə "Ağcabədi-2”, Sabirabad rayonunda 110/35/10 kV-luq 2x25 MVA gücündə "Cavad”, Cəlilabad rayonunda 110/35/10 kV-luq 2x31,5 MVA gücündə "Cəlilabad”, Lənkəran şəhərində 110/35/10 kV-luq 2x25 MVA gücündə "Lənkəran-2”, Tərtər rayonunda 110/35/10 kV-luq 2x40 MVA gücündə "Tərtər”, Quba rayonunda 35/10 kV-luq 4 MVA gücündə "Hil”, 35/0,4 kV-luq 0,1 MVA gücündə "Qaladalı”, Xaçmaz rayonunda 35/0,4 kV-luq 0,1 MVA gücündə "Susayqışlaq”, Xızı rayonunda 35/6 kV-luq 4 MVA gücündə "Şurabad”, 35/10 kV-luq 1,8 MVA gücündə "Baxışlı”, Qəbələ rayonunda 35/10 kV-luq 2x10 MVA gücündə "Vəndam”, İmişli rayonunda 35/6 kV-luq 2x4 MVA gücündə "Bəhrəmtəpə” yarımstansiyaları inşa edilmişdir.

Şabran rayonunda "Çıraqqala” aqroparkı üçün 35/10 kV-luq 4 MVA gücündə və 10/0,4 kV-luq 2x1000 kVA gücündə, Salyan rayonunda "Qızılağac” aqroparkı üçün 10/0,4 kV-luq 2x630 kVA gücündə, Qax rayonunda aqropark üçün 35/10 kV-luq 6,3 MVA gücündə, Tovuz rayonunda heyvandarlıq kompleksi üçün 10/0,4 kV-luq 2x1000 kVA gücündə, Füzuli rayonunda kənd təsərrüfatı obyekti üçün 10/0,4 kV-luq 2x1000 kVA gücündə, Ağcabədi rayonunda fermer təsərrüfatı üçün 35/10 kV-luq 10 MVA gücündə yarımstansiyalar və transformator məntəqələri inşa edilərək istismara verilmişdir.

Xəzər rayonu Şağan qəsəbəsində 6/0,4 kV-luq 2x400 kVA gücündə 33 saylı transformator məntəqəsi, Yasamal rayonunda 10/0,4 kV-luq 2x630 kVA gücündə 1151 saylı transformator məntəqəsi müasir avadanlıqlarla təmin olunmuş, Abşeron rayonu Güzdək qəsəbəsində və Binəqədi-Novxanı yolunda 10 kV-luq paylayıcı qurğular tikilmişdir.

Əhalinin elektrik təchizatının yaxşılaşdırılması üçün 390 ədəd komplekt transformator məntəqəsi quraşdırılmış, 121,8 km 35 kV-luq, 481,7 km 6-10 kV-luq, 1017,7 km 0,4 kV-luq kabel xətləri çəkilmiş, 33,7 km 110 kV-luq, 103,5 km 35 kV-luq, 962,8 km 6-10 kV-luq, 4514,7 km ÖİN 0,4 kV-luq hava xətləri, 32 km 0,4 kV-luq hava xətləri çəkilmiş və təmir olunmuş, 149131 ədəd müxtəlif gərginlikli dayaqlar quraşdırılmışdır.

Cari il ərzində 108 ədəd 110 kV-luq, 258 ədəd 35 kV-luq, 2750 ədəd 6 və 10 kV-luq yarımstansiyalarda, 146,4 km 110 kV-luq, 660 km 35 kV-luq, 1750 km 6 və 10 kV-luq 4000 km-dən artıq 0,4 kV-luq elektrik veriliş xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilmiş, avadanlıqlarda və xətlərdə texniki vəziyyətinin yoxlanılması təmin olunmuş, müəyyən edilmiş nasazlıqlar aradan qaldırılmaqla təmir və sınaq işləri aparılmış, 950 ədəd 6-10 kV-luq, 27 ədəd 35 kV-luq transformator əsaslı təmir olunmuşdur.

2018-ci ildə regionlarda elektrik enerjisi itkilərinin azaldılması, elektrik enerjisi uçotunun dəqiq aparılması üçün istismar müddətini başa vurmuş 0,4 kV-luq köhnə elektrik şəbəkələrində yenidənqurma işləri aparılması nəzərdə tutulmuşdur. Cari ildə bu işlər 119 kənddə yekunlaşmışdır. Bu məqsədlə 34100 abonentin elektrik sayğacları və yaşayış evlərinin elektrik xətləri həyətyanı sahələrdən çölə çıxarılmış, 58220 ədəd 0,4 kV-luq dayaq quraşdırılmış, 2535,7 km-dən çox ÖİN xətləri çəkilmişdir.

"Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 22 dekabr 2017-ci il tarixli 3535 saylı sərəncamının icrası ilə əlaqədar "Azərişıq” ASC-nin balansına verilmiş Xızı rayonunun Yeni YaşmaŞurabad qəsəbələrində yerləşən külək elektrik stansiyalarında təmir və bərpa işləri aparılır. Stansiyaların istehsal etdiyi elektrik enerjisinin ötürülməsi üçün Yeni Yaşma Külək Elektrik Stansiyasının ərazisində 20/110 kV-luq 2x40 MVA gücündə və 10/35 kV - luq 4 MVA gücündə yarımstansiyalar inşa edilmiş, 110 kV-luq 4-cü Yaşma və 35 kV-luq Yaşma bağları hava xətləri ilə əlaqələndirilmişdir.

Hesabat müddəti ərzində ümumilikdə 245620 ədəd olmaqla, əhali istehlakçılarına aid 223386 ədəd, qeyri-əhali istehlakçılarına aid 22234 ədəd uçot dəstləri yenisi ilə əvəz olunmuşdur. Bundan əlavə, ümumilikdə 186672 ədəd, o cümlədən əhali istehlakçılarına aid 171739 ədəd, qeyri-əhali istehlakçılarına aid 14933 ədəd köhnə elektrik sayğacları yenisi ilə əvəz edilmişdir. Görülmüş işlər nəticəsində istehlakçılara satılan faydalı elektrik enerjsinə görə ümumi yığım səviyyəsi hesabat dövründə 96,5%-ə, elektrik enerjisi itkiləri 9,7%-ə qədər azaldılmışdır.

 

Azərbaycan.-2018.- 29 dekabr.- S.7.