Çikaqo meri Dünya Azərbaycanlılarının
Həmrəylik Günü ilə əlaqədar
bəyannamə imzalayıb
Çikaqo şəhərinin meri Ram Emanuel Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar bəyannamə imzalayıb.
AZƏRTAC
xəbər verir ki, ABŞ-ın Orta Qərb ştatları
üzrə Azərbaycan Mərkəzinin üzvlərinə və
bütün dünya azərbaycanlılarına
ünvanlanmış bəyannamədə 1991-ci ildə öz
müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Qafqaz
bölgəsinin iqtisadi qüvvəsinə çevrildiyi,
regionda sülhün, tolerantlığın və
multikulturalizmin bərqərar olmasını təmin etdiyi
bildirilir.
Sənəddə qeyd edilir ki, dünya üzrə azərbaycanlıların sayı 50 milyon, ABŞ-da isə 400 minə yaxındır. Vurğulanır ki, Azərbaycan ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır, insan haqlarının və bəşəri dəyərlərinin yayılmasına öz töhfəsini verir.
Diqqətə çatdırılır ki, 2015-ci ildə Çikaqo şəhərində təsis olduqdan sonra ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzi mədəniyyətlərin mübadiləsində, Çikaqo və Orta Qərb ştatlarında yaşayan azərbaycanlılarını birləşməsində, Çikaqonun Azərbaycan icması isə Azərbaycan-ABŞ əlaqələrinin möhkəmləndirilmsində mühüm rol oynayıb.
Ölkəmizin xaricdə yaşayan azərbaycanlılarla əlaqələrini
möhkəmləndirmək məqsədilə ümummilli lider Heydər
Əliyev tərəfindən Dünya Azərbaycanlılarının
Həmrəylik Gününün təsis
edilməsi nəzərə alınaraq, 2018-ci il
dekabrın 31-i Çikaqo şəhərində
Azərbaycanlıların Həmrəylik Günü
elan olunub.
Azərbaycan.-2018.- 29 dekabr.- S.5.