Tamaşaçılara Yeni il hədiyyəsi

 

Azərbaycan Dövlət Akademik OperaBalet Teatrı aktyorlarının "Şelkunçiki

 

Hər Yeni il ərəfəsində, daha doğrusu, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar respublikanın mədəniyyət müəssisələrinin üzərinə daha çox xidmət göstərmək vəzifəsi düşür. Demək olar ki, bütünlüklə teatrların tamaşa salonları və mədəniyyət sarayları tamaşaçılarla dolub-boşalır.

Bu il də Mədəniyyət Nazirliyinin xüsusi proqram-layihəsi əsasında belə tədbirlər silsilə xarakter alıb. Mədəni-kütləvi tədbirlərin sayı əvvəlkilərdən xeyli çoxdur.

Azərbaycan Dövlət Akademik OperaBalet Teatrı aktyorlarının da öz tamaşaçılarına hədiyyəsi Pyotr Çaykovskinin "Şelkunçikbaletidir. İkipərdəli, üçşəkilli bu əsərin seçilməsi heç də təsadüfi deyil. Çünki baleti yalnız nağılsevər balacalar deyil, həm də böyüklər sevir.

Əsərin maraqlı yaranma tarixçəsi var. "Şelkunçikdönə-dönə baxılan tamaşadır. "Şelkunçik” ("Fındıqqıran”, "Qozqıran”) rus bəstəkarı Pyotr Çaykovskinin 1891-ci ildə bəstələdiyi son baletdir. Balaca alman qızı Klara Stalbaumun Yeni il hədiyyəsi kimi aldığı fındıqsındıran oyuncağı ilə bağlı yuxuları mövzusunda yazılıb. Mistik-nağıl janrında yazılan əsər ilk dəfə 1892-ci ildə səhnələşdirilib. "Şelkunçikbaleti Yeni il şənlikləri ilə eyniləşdirilib. O, dünyanın ən çox səhnələşdirilən balet əsərlərindən biridir.

"Yatmış gözəlbaletinin bir il öncəki şöhrətini görən Peterburqdakı Kral Teatrının ozamankı rəhbəri İvan Vsevolojski Aleksandr Dümanın "Fındıqsındırannağılının yaxşı balet əsəri ola biləcəyini düşünür Krallıq Teatrının balet rəhbəri, fransız əsilli məşhur xoreoqraf Marius Petipadan bir balet yaratmasını xahiş edir.

Petipa hazırladığı detallı librettonu bəstəkar İ.Çaykovskiyə təqdim edir. Əsəri yaratmağa ilham tapa bilməyən Çaykovski həmin ərəfələrdə "New York Carnegie Hall”ın açılış mərasiminə dirijor kimi dəvət olunur. O gedərkən əsərin səhnəsinin eskizlərini özü ilə aparır. Bəstəkar səfər zamanı yeni icad edilmiş çelesta adlı musiqi alətinin səsini ilk dəfə orada eşidir. İlahi bir cingilti çıxaran klavişli musiqi aləti çelesta Çaykovskiyə Şəkər pərisinin musiqisi üçün ilham verir. Bu gün çelestanın səsi dünyada Şəkər pərilərini Yeni ili canlandırır.

Azərbaycan Dövlət Akademik Opera Balet Teatrı aktyorlarının bu əsərə müraciəti məhz onun Yeni illə bağlılığından irəli gəlib.

Budur, pərdə açılır. Kiçik şəhərcikdə bayram əhvali-ruhiyyəli meydan görünür. Maşa valideynləri ilə gəlir. Çox gözəl, nağılvarı bir yolkanın işıqları yanır. Uşaqlara hədiyyə paylanır. Santa Klausun dostları onu dövrəyə alır. Bütün bunlar Maşa üçün maraqlı görünmür. Drosselmeyer ona Şelkunçiki verir. Maşa bundan çox sevinir. O, Şelkunçiki incə qəlbli zərif qəhrəman kimi qəbul edir onunla rəqsə başlayır...

Tamaşanın alqışlarla qarşılanmasında, əlbəttə, dirijoru, əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin "Humaymilli mükafatının laureatı Əyyub Quliyevin, quruluşçu baletmeysterlər xalq artistləri Rəfiqə Axundova ilə Maqsud Məmmədovun, xormeyster, əməkdar incəsənət xadimi Sevil Hacıyevanın, konsertmeyster Züleyxa Usubovanın, həmçinin balet truppasının müdiri, əməkdar mədəniyyət işçisi Sergey Boqdanovun, tamaşanın bədii rəhbəri, xalq artisti, "Qızıl Dərviş "Zirvəmükafatları laureatı Kamilla Hüseynova digərlərinin sənətkarlıq qabiliyyətləri xüsusi əhəmiyyət daşıyır.

Tamaşaçı sevgisi məhəbbəti ilə səhnədə öz sənətini nümayiş etdirən baletmeysterlərin yaratdığı obrazlar ilk andan adamı sanki nağıllar aləminə aparır. Söhbət əməkdar artist Nigar İbrahimovanın yaratdığı "Maşa-şahzadə”sindən, Sara İsrafilovanın "Balaca Şelkunçik”indən, Makar Ferştdandtın "Şahzadə-Şelkunçik”indən digərlərin balet sənətinin incəliklərinin təqdimindən gedir.

Tamaşanın maraqlı məqamlarından biri burada ispan, Çin, Şərq xalqlarının oyuncaqlarından ayrı-ayrı ziyafət, döyüş... səhnələrində istifadə olunmasıdır. Onları canlandıran isə Nigar Əliyeva, Mehman Mərdanov, Leyla Nərimanzadə, İslam Məmmədov, Elmira Süleymanova, Aydın Əhmədli, Murad Kərimov, Fatimə Xələfova kimi peşəsinin vurğunlarıdır.

Ümumiyyətlə, əsərdə iştirak edən 50 nəfərdən artıq sənət fədaisinin hər birinin yaratdığı obraz tamaşaçıların sevimlisinə çevrilir.

...Karlar ölkəsində Şahzadə Klara qar dənələrinin rəqsi ilə qarşılanırlar. Klara şahzadəsi ilə birlikdə Şəkər ölkəsinə gedir. Onlar Şəkər pərisinə siçanlarla baş vermiş döyüş haqqında danışırlar. Burada ispan, ərəb, rus, çin, mirliton çiçəklərin rəqsi baletmeysterlərin məharətini ortaya qoyur.

Bu da yuxunun sonu: Klara yuxudan oyanır. Şelkunçiklə birlikdə evlərinin salonundakı şam ağacının altında görünür...

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2018.- 30 dekabr.- S. 13.