İnsantorpaq

 

"Torpaqdan yaranıb insan”, - deyiblər,

 

Hər şeyin əzəli, sonu da odur.

 

Torpaq yetirəni yeyib-geyirlər...

 

Yaranış beləcə müəyyən olur.

 

qədər möcüzə torpağın üstə,

 

Müxtəlif görkəmdə, müxtəlif adda.

 

Gözə görünməyən qədər sirr var,

 

Yatır min illərdir torpağın altda.

 

Nəsillər yaşayıb bu kainatda,

 

Biri doğulubsa, biri qocalıb.

 

Gücünü torpaqdan alaraq insan

 

Səmaya yol açıb, göyə ucalıb.

 

Bəli, dönməyibdir öz inadından,

 

Babadan tökülüb, bala götürüb...

 

Fikir xalısını toxuyan insan

 

Nəsildən-nəsilə məslək ötürüb.

 

Bugünün əlində həqiqət olub

 

Dünənin əlçatmaz o fərziyyəsi.

 

Zəhmətlə, əməklə dolub, yoğrulub

 

Darvinin təkamül nəzəriyyəsi.

 

Yaşayıb əsrlər, yaşayıb illər...

 

Başı gör neçə yol daşlara dəyib...

 

Şahlara, xanlara əyilməyənlər

 

Torpağın önündə yalnız baş əyib.

 

Sınaqdan keçirib hey zaman-zaman,

 

Yaddaşdan-yaddaşa zəncirlənibdir.

 

Bəzən elə olub, zəncir halqası

 

Yüz ilə, min ilə başa gəlibdir.

 

Otları, gülləri yoxlayıb bir-bir,

 

Zəriflik önündə başını əyib.

 

Keçirib sınaqdan, təcrübələrdən

 

Yara sağaltmağa məlhəm eyləyib.

 

Pusquda durubdur bənddə, bərədə,

 

Dağlarda, daşlarda ömür sürübdür.

 

Ovun ovlamaqçın dağda, dərədə

 

Əyilib o, yerdən daş götürübdür.

 

Daş atıb göydəki uçan quşlara,

 

Daş göyə qalxmayıb, yerə qayıdıb.

 

Təəccüb bürüyüb insanı bu an,

 

Təbiət sirləri onu ayıldıb.

 

Düşünüb: "Daş niyə uçub getmədi?

 

Mən ki tullamışdım onu fəzaya!

 

Axı necə oldu, necə oldu ki,

 

Yerə yuvarlandı, düşdü qəzaya?”

 

Beləcə yaşadı, ömr etdi insan,

 

O öz zəkasıyla kamala yetdi.

 

İdrakın gücüylə açıldı sirlər...

 

Cazibə qanunun Nyuton kəşf etdi.

 

Büdrədi, yıxıldı, durdu, yeridi,

 

Soyuqda üşüdü, istidə yandı.

 

Bunları duyduqca, dərk elədikcə

 

Sevinc , nəşə , qəm yarandı.

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2018.- 30 dekabr.- S. 11.