Bakı Yeni ili
qarşılamağa hazırdır
Şərqin parlayan ulduzu Bakı bütün təntənəsi ilə Yeni ili qarşılamağa hazırdır. Qədimliklə müasirliyin birləşdiyi bu qocaman paytaxt 2019-cu ili fərəh yaradan möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusu ilə gözləyir...
Köhnə illə
vida fotosu
Gecələr Dağüstü parkdan Bakını seyr etdikdə sanki sehrli və heyrətamiz mənzərə ilə rastlaşırsan, şəhər sözün əsl mənasında, şölələnir, bərq vurur. Qız qalası ətrafında işıqlarla bəzədilmiş keçid xüsusilə diqqəti cəlb edir. Bulvarla İçərişəhəri birləşdirən möcüzəvi keçid bir növ, zaman tunelini xatırladır. İnsanlar şəhərin dəbdəbəsindən, müasirliyindən işıqlı tunel vasitəsilə tarixi yaşadan İçərişəhərə keçid edirlər...
Bütün küçələrdə, meydanlarda, parklarda quraşdırılmış bayramın əsas simvolu, həyat rəmzi sayılan nəhəng şam ağacları rəngarəng dizaynı, heyrətamiz görünüşü ilə göz oxşayır. Şaxta baba, Qar qız, müxtəlif nağıl qəhrəmanları ilə şam ağacı ətrafında şəkil çəkdirmək, "selfie” etdirmək istəyənlərin sayı durmadan artır. Sanki hər kəs köhnə illə vida fotosu çəkdirməyə tələsir...
Paytaxtımız
Yeni il libasına bürünüb
Bayram əhval-ruhiyyəsi balacaları daha çox duyğulandırır, onlar bir-birindən əlvan bəzədilmiş "yolka”lara heyranlıqla baxır, yanıb-sönən işıqlar arasında özlərini nağıl dünyasında hiss edirlər...
Deyilənlərə görə, Şaxta baba öz ağ saqqalı, qırmızı kürkü ilə 8 maral qoşulmuş arabasında yeni il gecəsi peyda olur...
Bakının qonaqları və sakinləri Şaxta babanın həmin marallar qoşulmuş əfsanəvi arabası ilə Fəvvarələr meydanı ətrafında rastlaşa bilərlər...
Şəhərdən saçılan parlaq işıqlar gecənin zülmətində sakit-sakit ləpələnən Xəzərin sinəsində bərq vurur. Elə buna görədir ki, həm ölkə sakinləri, həm də turistlər yeni ili Dənizkənarı Milli parkda qarşılamağı xüsusilə sevirlər.
Həmçinin sayrışan rəngbərəng işıqlar, böyük çilçıraqlarla işıqlandırılan binalar bayrama uyğun bəzədilən restoranlar, kafelər, təşkil olunan bayram konsertləri onlarda xüsusi marağa səbəb olur.
Milad bayramı həm
də Azərbaycan tolerantlığının təntənəsidir...
Hansı
ölkənin, millətin
sakini olmasından asılı olmayaraq, Bakıda Yeni ili qarşılamaq
bir başqadır... Axı bu şəhər tolerantlığın, multikulturalizmin
beşiyidir. Dilindən, dinindən,
millətindən asılı
olmayaraq bütün insanlar burada Yeni ilin özündə
ehtiva etdiyi sülh, dostluq ənənələrini olduğu
kimi yaşayır və bayramda da bu əhvali-ruhiyyədə
olurlar.
Hər il Yeni il Bakıda müxtəlif inanclı insanların bir el bayramına çevrilir. Onlar öz ölkələrində
Pasxanı, Peysaxı necə keçirirlərsə,
bu bayramı da eyni təntənə
və şövqlə
məhz bizim paytaxtımızda qeyd edirlər.
Və beləcə yüzillərdir
həyatın ölüm
üzərində qələbəsinin
rəmzi olan Yeni ili
dostluq, qardaşlıq,
sülh içində
qarşılayırlar...
Yeni iliniz mübarək!..
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2018.- 30 dekabr.- S. 1; 11.