Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi
hakimlərinin vəzifədən azad edilmələri
haqqında
Azərbaycan
Respublikası Milli Məclisinin Qərarı
"Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsini nəzərə alaraq və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilsinlər:
Polad Vəli oğlu Həsənov
Qabil Neymət oğlu Məmmədov
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Oqtay ƏSƏDOV,
Azərbaycan
Respublikası Milli Məclisinin Sədri
Bakı şəhəri,
28 dekabr 2018-ci il
Azərbaycan.- 2018.- 30 dekabr.- S. 2.