Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik
edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 17, ¹ 5, maddə 323; 2002, ¹ 5, maddə 236; 2003, ¹ 1, maddələr 23, 24, ¹ 6, maddə 279; 2004, ¹ 7, maddə 505, ¹ 8, maddə 598, ¹ 10, maddə 761; 2005, ¹ 4, maddələr 277, 278; 2006, ¹ 2, maddə 64, ¹ 12, maddə 1006; 2007, ¹ 1, maddələr 3, 4, ¹ 2, maddə 68, ¹ 5, maddə 439, ¹ 6, maddə 560, ¹ 7, maddə 712, ¹ 8, maddə 756; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddə 602, ¹ 12, maddə 1046; 2009, ¹ 6, maddə 402; 2010, ¹ 2, maddə 75, ¹ 4, maddə 276; 2011, ¹ 6, maddələr 471, 476, ¹ 7, maddələr 583, 619, ¹ 12, maddələr 1096, 1105; 2012, ¹ 5, maddə 411, ¹ 6, maddə 511; 2013, ¹ 5, maddə 472, ¹ 6, maddə 625, ¹ 11, maddələr 1266, 1307; 2015, ¹ 6, maddə 677, ¹ 12, maddə 1435; 2016, ¹ 5, maddə 836, ¹ 6, maddə 1016, ¹ 11, maddələr 1761, 1763, ¹ 12, maddə 2047; 2017, ¹ 2, maddə 155, ¹ 4, maddə 523, ¹ 5, maddələr 706, 750, ¹ 11, maddələr 1935, 1975; 2018, ¹ 5, maddə 879, ¹ 8, maddə 1672; Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1292-VQD və 1315-VQD nömrəli qanunları) 78.2-ci maddəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
"Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan işdə iştirak edən şəxs vəsatətdə işdə iştirak edən digər şəxsdə (hüquqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə) olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulan hallarla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər.”.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
28 dekabr 2018-ci il
Azərbaycan.- 2018.- 30 dekabr.- S. 3.