Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsində
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan
Respublikasının Konstitusiyasının 94-cü maddəsinin
I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara
alır:
Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsinə
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1,
maddə 17, ¹ 5, maddə 323; 2002, ¹ 5, maddə 236; 2003, ¹ 1, maddələr
23, 24, ¹ 6, maddə 279; 2004, ¹ 7, maddə 505, ¹ 8, maddə 598, ¹
10, maddə 761; 2005, ¹ 4, maddələr 277, 278; 2006, ¹ 2, maddə
64, ¹ 12, maddə 1006; 2007, ¹ 1, maddələr 3, 4, ¹ 2, maddə
68, ¹ 5, maddə 439, ¹ 6, maddə 560, ¹ 7, maddə 712, ¹ 8, maddə
756; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddə 602, ¹ 12, maddə 1046;
2009, ¹ 6, maddə 402; 2010, ¹ 2, maddə 75, ¹ 4, maddə 276; 2011,
¹ 6, maddələr 471, 476, ¹ 7, maddələr 583, 619, ¹ 12, maddələr
1096, 1105; 2012, ¹ 5, maddə 411, ¹ 6, maddə 511; 2013, ¹ 5, maddə
472, ¹ 6, maddə 625, ¹ 11, maddələr 1266, 1307; 2015, ¹ 6, maddə
677, ¹ 12, maddə 1435; 2016, ¹ 5, maddə 836, ¹ 6, maddə 1016, ¹
11, maddələr 1761, 1763, ¹ 12, maddə 2047; 2017, ¹ 2, maddə
155, ¹ 4, maddə 523, ¹ 5, maddələr 706, 750, ¹ 11, maddələr
1935, 1975; 2018, ¹ 5, maddə 879, ¹ 8, maddə 1672; Azərbaycan
Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1292-VQD və
1315-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər
edilsin:
1.
4.4-cü maddə ləğv edilsin.
2.
Aşağıdakı məzmunda 10-1-ci maddə əlavə
edilsin:
"Maddə 10-1. Mülki işlər və iqtisadi mübahisələr
üzrə məhkəmə icraatının elektron qaydada
aparılması
10-1.1. Elektron qaydada mülki işlər və iqtisadi
mübahisələr üzrə məhkəmə icraatı
bu Məcəllə ilə müəyyən edilmiş
ümumi prosessual qaydalara uyğun olaraq "Elektron məhkəmə”
informasiya sistemi vasitəsilə aparılır.
10-1.2. Məhkəmə
və proses iştirakçıları tərəfindən ərizə,
şikayət və digər sənədlərin elektron formada
tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin
elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq
icra hakimiyyəti orqanının Azərbaycan
Respublikasının Ali Məhkəməsi ilə birlikdə
müəyyən etdiyi "Elektron məhkəmə”
informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata
keçirilir.
10-1.3. İqtisadi mübahisələr üzrə məhkəmə
icraatı, o cümlədən ərizə, şikayət və
digər sənədlərin göndərilməsi, qəbulu,
habelə məhkəmə sənədlərinin məhkəməyə
və proses iştirakçılarına
çatdırılması "Elektron məhkəmə”
informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə
həyata keçirilir.
10-1.4. "Elektron məhkəmə” informasiya sisteminin tətbiq
olunduğu məhkəmələrdə mülki işlər
üzrə məhkəmə icraatı, o cümlədən ərizə,
şikayət və digər sənədlərin göndərilməsi,
qəbulu, habelə məhkəmə sənədlərinin
proses iştirakçılarına çatdırılması
"Elektron məhkəmə” informasiya sistemi vasitəsilə
həyata keçirilə bilər.
10-1.5. Bu Məcəllənin 10-1.3-cü və
10-1.4-cü maddələrində nəzərdə tutulmuş
qaydada təqdim edilmiş sənədlərin digər qaydada
verilməsi tələb oluna bilməz.
10-1.6. Məhkəmə iclasının real vaxt rejimində
müşahidə edilməsi imkanı iclasda iştirak edə
bilməyən tərəfin ərizəsinə əsasən
və buna texniki imkanlar yol verdiyi halda məhkəmənin qərarı
ilə təşkil oluna bilər.
10-1.7. "Elektron məhkəmə” informasiya sistemində
elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş
elektron imzadan və sertifikatlaşdırılmış
elektron imza vasitələrindən istifadə edilir.
10-1.8.
"Elektron imza və elektron sənəd haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
qaydada elektron sənəd formasında tərtib edilmiş
iş materialları kağız daşıyıcıda olan
materiallara bərabər tutulur və onlarla eyni hüquqi
qüvvəyə malikdir.”.
3.
Aşağıdakı məzmunda 41-1-ci maddə əlavə
edilsin:
"Maddə 41-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş
icraat qaydasında baxılan iddianın aidiyyəti
Kiçik
iddialara dair işlər üzrə sadələşdirilmiş
icraat qaydasında işlərə baxılarkən iddia ərizəsi
bu fəsillə müəyyən edilmiş aidiyyət üzrə
məhkəməyə verilir.”.
4.
Aşağıdakı məzmunda 47.4-cü maddə əlavə
edilsin:
"47.4. Məhkəmə işdə iştirak edən
şəxslərə onların prosessual hüquq və vəzifələrinin
izahı haqqında bildiriş göndərir.”.
5.
Aşağıdakı məzmunda 108.3-cü maddə əlavə
edilsin:
"108.3. Dövlət rüsumu yalnız elektron ödəniş
sistemləri vasitəsilə ödənilməlidir.”.
6. 135-ci
maddə üzrə:
6.1.
135.1-ci maddəyə "Bu Məcəllənin” sözlərindən
sonra "135.6-cı və 135.8-ci maddələrində müəyyən
edilmiş hallar istisna olmaqla, bu Məcəllənin” sözləri
əlavə edilsin;
6.2. 135.5-ci
maddədə "və 135.3-cü” sözləri ",
135.3-cü, 135.6-cı və 135.8-ci” sözləri ilə əvəz
edilsin;
6.3. aşağıdakı məzmunda 135.6 -135.8-ci
maddələr əlavə edilsin:
"135.6.
"Elektron məhkəmə” informasiya sisteminin tətbiq
olunduğu məhkəmələrdə mülki işlər üzrə
işdə iştirak edən şəxslər "Elektron məhkəmə”
informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə
sənədləri bu şəxslərin həmin sistemdə
yaradılmış "elektron kabinet”lərində yerləşdirilir
və onlara bu barədə məlumat həmin sistem vasitəsilə
elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə)
çatdırılır.
135.7.
"Elektron məhkəmə” informasiya sisteminin tətbiq
olunduğu məhkəmələrdə mülki işlər
üzrə işdə iştirak edən şəxslər
"Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan
keçməmişlərsə, onlara məhkəmə sənədləri
barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim
etdiyi mobil telefon nömrəsinə SMS-lə
çatdırılır.
135.8.
İqtisadi mübahisələr üzrə işdə
iştirak edən şəxslərin məhkəmə sənədləri
onların "Elektron məhkəmə” informasiya sistemində
yaradılmış "elektron kabinet”lərində yerləşdirilir
və onlara bu barədə məlumat həmin sistem vasitəsilə
elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə)
çatdırılır.”.
7. 138.1-ci və 138.2-ci maddələrdə ", habelə”
sözündən əvvəl ", prosessual hüquq və vəzifələri”
sözləri əlavə edilsin.
8. 138.5-ci
maddə ləğv edilsin.
9.
Aşağıdakı məzmunda 139.2.7-1-ci maddə əlavə
edilsin:
"139.2.7-1. işdə iştirak edən şəxslərin
prosessual hüquq və vəzifələrinin izahı;”.
10.
151.3-cü maddədə "iddia ərizəsini” sözlərindən
sonra "(kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş
icraat qaydasında baxılan iddia ərizələri istisna
olmaqla)” sözləri əlavə edilsin, "2 həftə”
sözləri "10 gün” sözləri ilə əvəz
edilsin.
11.
Aşağıdakı məzmunda 166.3-cü və 166.4-cü
maddələr əlavə edilsin:
"166.3.
Məhkəmənin hazırlıq iclası ərizə məhkəməyə
daxil olduqdan sonra 15 (on beş) gündən
gec olmayaraq təyin olunur. İşdə iştirak edən
şəxslərin sayının çoxluğu və ya
baxışın təşkilinin xüsusilə mürəkkəb
olması ilə əlaqədar bu müddət məhkəmənin
qərardadı ilə 15 (on beş)
gündən artıq olmayan müddətə uzadıla bilər.
166.4.
İşdə iştirak edən şəxslərə
hazırlıq iclası barədə həmin iclasın
keçirilməsinə ən azı 5 (beş) iş
günü qalmış bu Məcəllədə nəzərdə
tutulmuş qaydada məlumat verilməlidir.”.
12.
173-cü maddənin mətni aşağıdakı redaksiyada
verilsin:
"173.1. İşə məhkəmə iclasında
baxılır.
İşdə iştirak edən şəxslər məhkəmə
iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar
edilməlidirlər.
173.2. Məhkəmə
baxışı məhkəmənin hazırlıq
iclasının keçirildiyi vaxtdan 30 (otuz) gündən gec
olmayan müddətdə təyin olunmalıdır. İşdə
iştirak edən şəxslərin sayının
çoxluğu və ya baxışın təşkilinin
xüsusilə mürəkkəb olması ilə əlaqədar
bu müddət məhkəmənin qərardadı ilə 15
(on beş) gündən artıq olmayan müddətə
uzadıla bilər.”.
13.
Aşağıdakı məzmunda 176.5-1-ci maddə əlavə
edilsin:
"176.5-1.
Məhkəmə iclasının audio, video və digər
yazan texniki vasitələrdən istifadə etməklə qeydə
alınması və iclasın real vaxt rejimində
müşahidə edilməsi imkanı, habelə proses
iştirakçılarının iclasa gəlmədən
texniki vasitələrdən istifadə olunmaqla iclasda
iştirak etmək imkanı "Elektron məhkəmə”
informasiya sistemi vasitəsilə təmin olunur.”.
14.
183-cü maddənin mətni aşağıdakı redaksiyada
verilsin:
"Sədrlik edən işdə iştirak edən
şəxslərə prosessual hüquq və vəzifələrinin
izahı barədə bildirişin
çatdırılıb-çatdırılmadığını
müəyyən edir. Hüquq və vəzifələrin
izahı haqqında bildiriş alınmadığı təqdirdə,
məhkəmə iclasında hüquq və vəzifələrinin
izahı haqqında bildiriş işdə iştirak edən hər
bir şəxsə yazılı qaydada təqdim olunur və o,
bunu öz imzası ilə təsdiq edir. Sədrlik
edən eyni zamanda tərəflərə, mübahisəni həll
etmək üçün münsiflər məhkəməsinə
müraciət etmək hüquqlarını və bunun nəticələrini
izah edir. Məhkəmə iclasına gəlmiş
işdə iştirak edən şəxslərin müraciəti
ilə məhkəmə onların hüquq və vəzifələrini
izah etməlidir.”.
15.
Aşağıdakı məzmunda 188.3-cü maddə əlavə
edilsin:
"188.3. Hakim bu Məcəllədə müəyyən
edilmiş əsaslarla işə baxılmasını qabaqcadan
nəzərdə tutula bilməyən və ya müstəsna
hallarda təxirə sala bilər. İşə
baxılması 3 dəfədən çox olmayaraq təxirə
salına bilər. Bundan sonra məhkəmə
baxışı növbəti dəfə təxirə
salındıqda, hakim bu barədə əsaslandırılmış
qərardad qəbul etməlidir.”.
16.
214-cü maddə üzrə:
16.1.
214.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"214.1.
Qətnaməni qəbul etdikdən sonra hakim məhkəmə
iclası zalına qayıdır (tərəflərin məhkəmə
iclasına gəlmədiyi hallar istisna olmaqla), qətnamənin
giriş və nəticə hissələrini elan edir, qətnamədən
şikayət etmə qaydası və müddətini, habelə
tərəflərin müraciəti olduğu halda qətnamənin
nəticə hissəsini izah edir.”;
16.2.
214.3-cü maddə ləğv edilsin;
16.3.
214.4-cü maddəyə aşağıdakı məzmunda
üçüncü cümlə əlavə edilsin:
"Qətnamənin giriş və nəticə hissələrini əks etdirən çıxarış təsdiq olunaraq elan olduğu gün tərəflərə rəsmi qaydada verilməlidir.”.
17. Aşağıdakı məzmunda 216.5-ci, 227.4-cü, 263.5-1-ci, 266.3-cü və 281.4-cü maddələr əlavə edilsin:
"216.5. "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə qətnamənin elan edilmiş nəticə hissəsi barədə məlumat həmin gün hakimin elektron imzası ilə təsdiq edilməklə "Elektron məhkəmə” informasiya sistemində yerləşdirilir.
227.4. "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin "Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.
263.5-1. "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə elan olunmuş qərardad barədə məlumat həmin gün hakimin elektron imzası ilə təsdiq edilməklə "Elektron məhkəmə” informasiya sistemində yerləşdirilir.
266.3. "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qərardadı çıxardıqdan sonra 5 (beş) gün müddətində elektron imzası ilə təsdiq etməklə işdə iştirak edən şəxslərin "Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.
281.4. "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim məhkəmə əmrini elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün müddətində işdə iştirak edən şəxslərin "Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.”.
18. 243-cü maddənin mətni 243.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 243.2-ci maddə əlavə edilsin:
"243.2. "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qiyabi qətnaməni elektron imzası ilə təsdiq etməklə qiyabi qətnamə çıxarıldığı vaxtdan 10 (on) gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərin "Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.”.
19. 271.2.7-ci maddəyə "elan edilməsinə” sözlərindən əvvəl "bildirilməsinə və ya” sözləri əlavə edilsin.
20. 272.4-1-ci maddənin birinci cümləsində "İqtisadi mübahisələr üzrə” sözlərindən sonra ", həmçinin "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə” sözləri əlavə edilsin.
21. Aşağıdakı məzmunda 23-1-ci fəsil əlavə edilsin:
"Fəsil 23-1
Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat
Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat
Mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
Maddə 284-2. Ərizənin verilməsi
Kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir.
Maddə 284-3. Ərizənin forması və məzmunu
284-3.1. Ərizə məhkəməyə ümumi
qaydada verilir.
"Elektron məhkəmə” informasiya sisteminin
tətbiq olunduğu məhkəmələrdə ərizə
həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər
üzrə işdə iştirak edən şəxslər,
habelə iqtisadi mübahisələr üzrə işdə
iştirak edən şəxslər tərəfindən
"Elektron məhkəmə” informasiya sistemində
yaradılmış elektron kabinet vasitəsilə göndərilir.
284-3.2.
Ərizədə aşağıdakılar göstərilməlidir:
284-3.2.1. ərizənin
verildiyi məhkəmənin adı;
284-3.2.2.
iddiaçı və cavabdehin adları, onların poçt
ünvanları;
284-3.2.3.
iddiaçının tələbi və onun əsaslandığı
hallar;
284-3.2.4.
tələbin əsaslığını təsdiq edən sənədlər;
284-3.2.5. əlavə edilən sənədlərin
siyahısı.
284-3.3. Ərizə ümumi qaydada verildikdə,
iddiaçı və ya onun nümayəndəsi tərəfindən
imzalanır və iddiaçının əsaslandığı
sənədlər ona əlavə edilir. Nümayəndə
tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini
təsdiq edən sənəd də əlavə edilməlidir.
284-3.4. Ərizə "Elektron məhkəmə”
informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə
göndərildikdə iddiaçının və ya onun
nümayəndəsinin elektron imzası ilə təsdiq olunur. Ərizəyə
əlavə edilən sənədlər "Elektron imza və
elektron sənəd haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
qaydada elektron sənəd formasında təqdim edilir.
Maddə 284-4. İşə baxılmasının sadələşdirilmiş
qaydasının yolverilməzliyi
284-4.1. Məhkəmə
kiçik iddialara dair işlərə sadələşdirilmiş
qaydada baxılması ilə əlaqədar ərizənin qəbul
olunmasından aşağıdakı hallarda imtina edir:
284-4.1.1.
bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə
tutulmuş hallar müəyyən edilmişdirsə;
284-4.1.2.
verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə
uyğun deyildirsə;
284-4.1.3.
verilmiş tələbi təsdiq edən sənədlər təqdim
olunmamışdırsa;
284-4.1.4. ərizənin əsaslandığı tələbetmə
hüququ barədə mübahisə vardırsa.
284-4.2. Bu
Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə
tutulmuş hallarda məhkəmə ərizənin daxil
olduğu gündən 5 (beş) iş
günü müddətində onun qəbul edilməsindən
imtina haqqında əsaslandırılmış qərardad
çıxarır. Məhkəmə bu müddət
ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə,
o, qəbul edilmiş sayılır. Ərizəni
qəbul etməkdən imtina barədə qərardaddan
şikayət verilə bilməz.
284-4.3. Ərizənin qəbul edilməsindən imtina
olunması iddiaçının həmin tələb üzrə
iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda
iddiaçı tərəfindən ödənilmiş
dövlət rüsumu ödənilməli olan dövlət
rüsumuna hesablanır.
Maddə 284-5. Ərizəyə baxılması qaydası
284-5.1.
Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə
daxil olduğu vaxtdan 5 (beş) iş
günü ərzində işə baxan hakim cavabdehə rəsmi
qaydada bildiriş göndərir. Bildirişdə
iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış
etirazının olduğu halda öz dəlillərini və
onları təsdiq edən sənədləri təqdim etməli
olduğu qeyd edilir.
284-5.2.
Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən
10 (on) iş günü müddətində iddiaya
qarşı əsaslandırılmış etirazını və
ona əlavə olunmuş sənədləri, elektron qaydada
verildikdə isə elektron imza ilə təsdiq edilmiş
etirazını və ona əlavə olunmuş, "Elektron
imza və elektron sənəd haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri
məhkəməyə göndərə bilər.
284-5.3.
Ərizə məhkəməyə daxil olduğu gündən
30 (otuz) iş günü ərzində işə tərəflərin
təqdim etdiyi sənədlər əsasında, məhkəmə
baxışı keçirilmədən və tərəflər
izahatları dinlənilmək üçün
çağırılmadan baxılmalı və həmin
işin həllinə dair qətnamə
çıxarılmalıdır.
284-5.4. Tərəflərin
təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın
çıxarılması üçün kifayət etmirsə,
habelə iş üzrə əlavə araşdırmanın,
o cümlədən tərəfləri çağıraraq
izahatların alınması, yaxud şahidlərdən ifadələrin
və ya ekspertlərdən rəyin alınması zərurəti
yaranırsa məhkəmə işə iddia icraatı
qaydasında baxılması haqqında əsaslandırılmış
qərardad çıxarır. Bu qərardaddan
şikayət verilə bilməz.
Maddə 284-6. Ərizə üzrə məhkəmə qətnaməsi
284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən
iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə
qəbul edilir.
284-6.2. Məhkəmə qətnaməsindən bu Məcəllə
ilə nəzərdə tutulmuş qaydada apelyasiya şikayəti
verilə bilər.
284-6.3.
Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş
icraat qaydasında baxılmış işlər üzrə
çıxarılmış məhkəmə qətnaməsindən
şikayət verilməmişdirsə, qətnamə qəbul
edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni
qüvvəyə minir.”.
22. 375-ci
maddənin mətni aşağıdakı redaksiyada verilsin:
"Sədrlik edən işdə iştirak edən
şəxslərə prosessual hüquq və vəzifələrinin
izahı barədə bildirişin
çatdırılıb-çatdırılmadığını
müəyyən edir. Hüquq və vəzifələrin
izahı haqqında bildiriş alınmadığı təqdirdə,
məhkəmə iclasında hüquq və vəzifələrinin
izahı haqqında bildiriş işdə iştirak edən hər
bir şəxsə yazılı qaydada təqdim olunur və o,
bunu öz imzası ilə təsdiq edir. Məhkəmə
iclasına gəlmiş işdə iştirak edən şəxslərin
müraciəti ilə məhkəmə onların hüquq və
vəzifələrini izah etməlidir.”.
23.
415-1.2-ci maddənin ikinci cümləsi aşağıdakı
redaksiyada verilsin:
"İşdə iştirak edən şəxslərə
bu Məcəllədə nəzərdə tutulmuş
hüquq və vəzifələrinin izahı barədə
bildirişin
çatdırılıb-çatdırılmadığını
müəyyən edir. Hüquq və vəzifələrin
izahı haqqında bildiriş alınmadığı təqdirdə,
məhkəmə iclasında hüquq və vəzifələrinin
izahı haqqında bildiriş işdə iştirak edən hər
bir şəxsə yazılı qaydada təqdim olunur və o,
bunu öz imzası ilə təsdiq edir. Məhkəmə
iclasına gəlmiş işdə iştirak edən şəxslərin
müraciəti ilə məhkəmə onların hüquq və
vəzifələrini izah etməlidir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 28 dekabr
2018-ci il
Azərbaycan.-
2018.- 30 dekabr.- S. 4.