Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti
Məcəlləsində dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
11-ci və 13-cü bəndlərini
rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2012, ¹ 9, maddə
838; 2014, ¹ 7, maddələr 766, 787, ¹ 10, maddə 1165; 2015, ¹ 5, maddə
503; 2016, ¹ 2 (II kitab), maddə
215, ¹ 11, maddə 1773, ¹ 12, maddə
2010; 2017, ¹ 2, maddə 154, ¹ 5, maddə 755, ¹ 6, maddələr
1019, 1043; 2018, ¹ 3, maddə 373, ¹ 5, maddələr 837, 850) aşağıdakı
dəyişikliklər edilsin:
1.
75.2.1-ci maddəyə "üzərində”
sözündən sonra
"tikinti aparılmasına
səlahiyyət verən”
sözləri əlavə
edilsin.
2.
75.2.3-cü maddənin sonuna
"fiziki şəxs
olduqda, şəxsiyyətini
təsdiq edən sənədin surəti” sözləri əlavə
edilsin.
3. 75.3-cü maddəyə "günü” sözündən
sonra ", ekspertizadan
keçirilməsi tələb
olunmayan tikinti layihələrinə münasibətdə
isə 2 iş günü” sözləri
əlavə edilsin.
4. 75.7-ci maddənin mətni aşağıdakı redaksiyada
verilsin:
"75.7. Tikintiyə icazə
verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim
edilir və belə icazə tikinti işlərinə başlanması üçün
əsas hesab olunur. Tikintiyə icazədə
tikintiyə başlanılması
üçün siyahısı
və tətbiqi halları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunan
əlavə şərtlər
nəzərdə tutulduğu
hallarda həmin əlavə şərtlərin
yerinə yetirilməsindən
sonra ərizəçiyə
xüsusi nişan
təqdim edilir və bu halda
tikinti işlərinin
başlanmasına əsas
xüsusi nişan hesab edilir. Tikintiyə icazənin,
xüsusi nişanın
forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir. Tikinti işlərinin başlanması
üçün əlavə
şərtlər olduqda,
tikintiyə icazədə
mütləq göstərilməlidir.
Bu Məcəllənin 75.3-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün
zəruri hərəkətlər
barədə ərizəçiyə
məlumat verildiyi gündən sənədlərin
tamlığı təmin
edildiyi günədək
olan müddət tikintiyə icazə icraatı üçün
nəzərdə tutulmuş
müddətə daxil
edilmir.”.
5. 86.1-ci maddədən "və xüsusi nişanın” sözləri çıxarılsın.
6.
86.1.4-cü maddədə nöqtə
işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz olunsun və aşağıdakı məzmunda
86.1.5-ci maddə əlavə
edilsin:
"86.1.5.
tikintiyə icazənin, habelə bu Məcəllənin
75.7-ci maddəsinə uyğun
olaraq xüsusi nişan verildiyi halda həmin nişanın surəti.”.
7. 102.4-cü maddədə "(reklam qurğularına münasibətdə isə
5 iş günü)” sözləri ", ekspertizası
keçirilməsi tələb
olunmayan tikinti layihələrinə münasibətdə
10 gün, reklam qurğularına münasibətdə
isə 5 iş günü” sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
28 dekabr 2018-ci il
Azərbaycan.- 2018.- 30 dekabr.- S. 4.